SON XƏBƏRLƏR

İranda həbs olunan xarici vətəndaşlar psixoloji müharibə aparmaqda ittiham edilir

2021.10.20, 07:36
İranda həbs olunan xarici vətəndaşlar psixoloji müharibə aparmaqda ittiham edilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran hakimiyyəti dekabrın sonunda ölkədə baş vermiş etirazlar zamanı bir neçə xarici vətəndaşın saxlanıldığı barədə məlumat yayıb. Hakimiyət onları psixoloji müharibə aparmaqda ittiham edir. Saxlanılan əcnəbilərin hansı ölkənin vətəndaşı olması barədə məlumat verilməyib. İran Kəşfiyyat Xidmətinin rəhbəri Heydər Möslehinin sözlərinə görə, saxlanılanlar "Aşura" günündən bir neçə gün əvvəl İrana gəlib. İran rəsmisi onların sistemə qarşı psixoloji müharibə apardıqlarını bildirib. Xatırladaq ki, dekabrın 26-da İranda müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda ən azı 15 nəfər ölüb, 300-ə yaxın insan isə həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar