SON XƏBƏRLƏR

Xaricdə yaşayan islahatçı İranlıların bəyanatındə, İran daxilində yaşayan millətlərin milli hüquqlarından əsər-əlamət yoxdur

2021.10.20, 07:36
Xaricdə yaşayan islahatçı İranlıların bəyanatındə, İran daxilində yaşayan millətlərin milli hüquqlarından əsər-əlamət yoxdur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, xarici ölkələrdə yaşayan islahatçı İranlılar, İranda yaşanan "etiraz hərəkatı" barəsində 10 bəndlik bəyannamə qəbul ediblər. Əbdülkərim Sruş, Əbdüləli Bazirqan, Möhsün Kədivər, Əkbər Gənci və Ətaullah Mühaciraninın imzaladığı bəyanatda Mahmud Əhmədinəjadın istefası, təkrar seçki və bir çox demokratik hüquqlardan bəhs olunub. İslahatçı sayt “cərəs”-ın yaydığı məlumatda bildirilir ki, bəyanatda universitetlərin istiqlalı, Silahlı Qüvvələrin universitetlərdən çıxarılması və tələbələrə qeyr qanuni şəkildə nəzarət edən qurumların ləğv edilməsidə istənilib. Həmçnin siyasi partiyaların fəaliyəti, dinc içtimayi qurumların təşkilatlanması və qadınlar siyasi hərəkatının tanınması bəyanatda qeyd olunub. bəyanatda daha bir çox məqama işarə olunub. Ancaq diqqəti çəkən məqam ondan ibarətdir ki, ölkənin yarıdan çoxunu təşkil edən digər millətlərin hüququndan qətiən bəhs olunmayıb. Islahatçı adı altında siyasi fəaliyət edən simalar, illər boyu Avropa və Amerikada yaşadıqlarına rəğmən hələdə başqa millətlərə heç bir hüquq tanımayıb və onların hüququnu nəzərə almadan İranda islahat etməyə cəhd göstərirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar