SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton: İran, Kuba və Sudan kimi terrorizmi dəstəkləyən ölkələrin uçaq sərnişinləri xüsusi diqqətlə yoxlanılacaq

2021.10.20, 07:36
Rəsmi Vaşinqton: İran, Kuba və Sudan kimi terrorizmi dəstəkləyən ölkələrin uçaq sərnişinləri xüsusi diqqətlə yoxlanılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerikaya uçuşda olan Uçaqda terror planı aşkarlandıqdan sonra ABŞ (Amerika Birləşmiş Ştatları) xüsusi təhlükəsizlik tədbirləri hazırlamaqdadır. ABŞ Nəqliyat Tehlükəsizlik İdarəsi bazar günü bəyan edib ki, hər bir terrorist dəstəkçisi ölkədən uçan və ya o tranzit kimi istifadə edən sərnişin xüsusi yoxlanılacaq. ABŞ Xarici İşlər Nazirliyinin təqdim etdiyi siyahidə İran, Kuba, Sudan və Suriya terrorist dəstəkçiləri elan olunub. ABŞ mətbuatının yaydığı məlumatda qeyd olunur ki, Əfqanistan, Əlcəzayir, İraq, Lübnan (Livan), Libiya, Nigeriya, Pakistan, Səudi Ərəbistan, Somali və Yəmən kimi ölkələrdən gələn sərnişinlərdə jiddi yoxlanılacaqlar. Beləliklə ABŞ dövləti sərnişinlərin təhlükəsizliyini qorumaq üçün terror ehtimalı yüksək olan 14 ölkə sərnişinlərini xüsusi metodlarla yoxlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar