SON XƏBƏRLƏR

İranın fars rejimi Güney Azərbaycanı çalıb - çapır, birbaşa Ermənistana göndərir

2021.10.20, 07:36
İranın fars rejimi Güney Azərbaycanı çalıb - çapır, birbaşa Ermənistana göndərir

Gunaz.tv
Azadtribun sitəsində " İranın fars irqçi rejimi Güney Azərbaycanı Ermənistanın koloniyasına çevirib" başlığı altında bir xəbər yerləşdirilmişdir. Bu xəbərdə qeyd olunur son 9 ayda 375 milyon dollar qiymətində məhsul Güney Azərbaycandan Ermənistana göndərilib. İranın Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, 375 milyon dollarlıq məhsul ancaq Şərqi Azərbaycandan Ermənistana göndərilib. Batı Azərbaycan valisinin sitəsində məlumat verilir ki, keçən bir neçə ay ərzində 300 200 ton 241 milyon dollar məbləğində məhsül bir neçə ölkəyə, o cümlədən, Ermənistana göndərilib. Əgər bütövlüklə Güney Azərbaycandan Ermənistana hər il göndərilən qeyri - neft məhsullarını nəzərə alsaq, onda görərik ki, göndərilən məhsulun ümumi məbləği 1 milyard dolalrdan artıq olar. İranın fars irqçi rejimi kütləni aldatmaq üçün iki metoddan faydalanır. Birincisi, ermənilər özləri birbaşa alış - veriş eləmirlər. Buna cəhd etsələr də, alınmaz! Çünki onların nə pulları var, nə də Güney Azərbaycanda onlarla alış - veriş etməyə maraq var. Bu səbəbə görə, İran rejimi dövlət dairələri adına və ya bəzi xüsusi dairələrin adına Güney Azərbaycandan məhsullarını alıb, birbaşa Ermənistana göndərir. İkincisi, bu məhsullar alınanda haraya göndərildiyi barədə sual olunanda İranın hökumət dairələri 7 - 8 ölkədən, Ermənistan da onun içində olmaq şərti ilə ad aparırlar. Bu vasitə ilə çalışırlar Ermənistana göndərilən məhsulların miqdarını az və əhəmiyyətsiz nişan verələr. Əlbəttə, İran rejiminə mümkün deyil ki, Güney Azərbaycandan Ermənistana göndərilən məhsulları yüzə - yüz dansın. Çünki Güney Azərbaycanlıların gözünün qabağında onların qan - tərlə yetişdirdikləri məhsul gecə - gündüz Ermənistana daşınır. Bu son aylarda Ermənistanla Müstəqil Azərbaycanın əlaqələri gərginləşib və İlham Əliyev Qarabağın azadlığı üçün müharibəni də istisna etməyib. Elə bu son aylarda da fars rejimi camaatdan çoxlu sayda mal - qaranı alıb, Ermənistana göndərib. Əgər bu gün Ermənistanla Azərbaycan arasında müharibə baş verərsə, Ermənistanın əsgərləri Güney Azərbaycanın məhsulları ilə təmin olunacaqlar. Mən bu yerdə üzümü Güney Azərbaycanlılara tutub, bunu soruşmaq istəyirəm: belə bir tarixi fəlakətlə bağlı gələcək nəsillərə nə cavab verəcəyik? Mənim fikrimcə, həm Güney Azərbaycanlılar və həm də Şimalı Azərbaycanlılar yuxudan ayılmalıdırlar. Güneyli Azərbaycanlılar ayağa qalxıb, onların məhsullarının Ermənistana getməsinə son qoymalıdırlar və Şimalı Azərbaycanlılar, xüsusən, onun iqtidarı gərək ki, Güney Azərbaycanın Milli Azadlıq Hərəkatına yardımçı olsun. Bu neçə illik mənfi təcrübədən sonra onlar başa düşməlidirlər ki, İranın fars irqçi rejimindən Müstəqil Azərbaycana nə dost çıxar, nə də dini qardaş!. Azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar