SON XƏBƏRLƏR

İranda narkotik qaçaqçılarıyla toqquşmada 11 polis ölüb

2021.10.20, 07:36
İranda narkotik qaçaqçılarıyla toqquşmada 11 polis ölüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 11 polis öldürülüb. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, toqquşma Tehranın 500 kilometrliyindəki çöllükdə baş verib. Polis narkotik qaçaqmalçılarını saxlamaq istəyərkən atışma başlayıb. Həmçinin qaçaqmalçılardan 4-nün öldüyü bildirilir. Əfqanıstan və Pakistandan gələn narkotiklər adətən bu yolla daşınır. Son 20 il ərzində İranda qaçaqçılarla bu cür toqquşmalarda 3 600-dən çox polis və əsgər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar