Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tanınmış yazıçı və araşdırmaçı, Atatürk Mərkəzinin elmi işcisi, Türk Törə Ocağının və Azərbaycan Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən Mahmud Qaşqarlı fondunun rəhbəri Elxan Zal Qaraxanlının GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.
- Elxan bəy, bir araşdırmaçı olaraq bu gün türk dünyasında gedən mədəni-ideoloji əlaqələrin inkişafı Sizi qane edirmi?
- O qədər də yox. Bu günkü əlaqələr daha çox dövlət səviyyəsində və ayrı-ayrı fərdlərin səviyyəsində baş verir. Amma ortaq tarixə malik, ortaq mədəniyyətə və ədəbiyyata malik türk xalqları bir-birini demək olar ki, çox az tanıyır. Bu gün türk birliyindən çox danışılır, amma bir olmaq üçün ilkin olaraq xalqlar bir-birini yaxşı tanımalıdır. Hacı Bektaş Vəlinin yaxşı bir sözü var:” bir olalım, iri olalım, diri olalım. İri işlər görmək və diri qalmaq üçün türk birliyinin olması mühüm şərtdir. Bu gün türk xalqlarını yaxınlaşdıra biləcək təmas nöqtələri hansılardır? Ortaq tariximiz, ədəbiyyatımız, ortaq mərasimlər və bayramlar. Bu gün türk xalqlarına xalqın yox, yaşadıqları ərazinin tarixini öyrədirlər. Hun, Göytürk, Qaraxanlı, Səlcuq imperiyaları, onların ərazisində yaranan mədəniyyət bütün türklərə məxsusdur. Orxon- Yenisey-abidələri, Mahmud Kaşqarlı “Divanı”, “Qudatqu bilik” və bu kimi sənət əsərləri bütün türklərə məxsusdur. Biz Avropa ölkələrinin tarixini babalarımızın tarixindən yaxşı bilirik. Biz çağdaş Qərb yazıçılarını, alimlərini bizə çox yaxın olan Türkiyə yazıçı və alimlərindən daha yaxşı tanıyırıq. Heç digər türk ölkələrindən danışmağa dəyməz. Deyim ki, sovetlər türkləri bir- birinə indikindən daha çox tanıdırdı. Buna görə bu yöndə işlər intensivləşməlidir, internetin imkanlarından daha səmərəli istifadə olunmalıdır. Hüsab edirəm türk gəncliyi buraxılanların yerini tezliklə dolduracaq.
- Hazırda, Azərbaycanda Türkçülük məktəbi fundamental şəkildə öyrənilirmi?
- Azərbaycanda hələlik türkçülük daha çox şüarçılıq xarakteri daşıyır. Amma bu məktəbin təməlini qoyanlardan və sistemləşdirənlərdən biri, Əlibəy Hüseynzadə Azərbaycandandır. Onun qoyduğu sistem bu günkü bayrağımızda öz əksini tapıb:Türkləşmək, islamlaşmaq, avropalaşmaq. Bu türk xarakteri üçün düşünülmüş ideal bir sistemdir. Uzun illər Avrasiyada dominantlıq etmiş türklər həmişə Şərq və Qərb arasında bir körpü olub və onların xarakterində həm Şərq ruhaniyyatı, həm də Qərb praqmatizmi birləşib. Türk heç vaxt nə tam Avropalı, nə də tam Şərqli olmayacaq. Buna görə, Türkləşmək, islamlaşmaq, avropalaşmaq sistemi oturdulmalıdır Azərbaycanda. Türkçülük başqa millətləri söyməkdən ibarət deyil ki. Türkləşmək millətin unutduğu “mən”inə qayıdışdır. Millət başqalarını yamsılayanda yox, özü kimi olanda böyük olur. İstənilən dövlət quruluşu ərazisində yaşayan insanların xarakterinə uyğun qurulur. Qədim türk dövlətçilik ənənələrindən xəbərsiz millət nə “türkçülük” eləyəcək ki. Buna görə türk ənənələrinin öyrənilməsi və oturuşması üçün fundamental məktəblər yaradılmalıdır. Rəhmətlik Əbülfəz Elçibəy buna təşəbbüs göstərirdi, təəssüf ki, onun ölümündən sonra bu proses dayandı.
- Sizin bu günlərdə “Türküstan” qəzetində çıxan İtaliyanın əsasını qoyan etrusklarla bağlı maraqlı yazınıza rast gəldim. Məqalənizdə irəli sürdüyünüz faktlardan biri də onların türk əsilli olmasıdır. Bu, faktın əsasını sübut edən maddi-mənəvi dəlillər varmı? Məsələn, Şair-filosof Əlisa Nicatda etruskların türk olması faktı üzərində dayanır...
- “Avropa alimlərini “sirli xalq” adlandırdığı etrusklar tarixdə dərin izlər qoymuşlar. Bu gün “böyük Roma mədəniyyəti” dediyimiz mədəniyyət Etrusk mədəniyyətinin üzərində durur. Elə işlətdiyimiz Latın əlifbası da Etrusk mirasıdır. Məndə bu mövzuya marağı millət vəkili Qənirə Paşayeva oyatdı. O ingilis alimi Hayd Klarkın “Roma tarixində Turan epoxası” əsərini ingiliscədən Azərbaycan türkcəsinə çevirib və məndən bu əsərə şərhlər yazmamı xahiş etdi. Mən də bu mövzunu dərindən öyrənməyə məcbur oldum və bu prosesdə maraqlı faktlarla rastlaşdım. Etruskların türk mənşəli olması mülahizəsini ilk dəfə XIX əsrdə alman alimi Vilhelm Brondenşteyn irəli sürüb. Sonra “avrosentrist” elm aləminin qarşısında geri çəkilib. Avropa düşüncəsi heç cür qəbul edə bilmir ki, onların fəxr etdiyi mədəniyyət köçəri türklər” tərəfindən yaradılıb. Tanınmış Türkiyə alimi və diplomatı Adilə Ayda uzun illər Etrusk mövzusunu araşdırdıqdan sonra “Etrusklar türkdür” adlı kitab nəşr etdirdi. İbrahim Kafesoğlu, Kazim Mirşan, Oljas Seleymenov, Latıpov, Şamil Minqazov və s. kimi alimlər də Etruskların türk mənşəli olmaları barədə tutarlı dəlillər ortaya qoydular. Əsas dəlil dil faktorudur, Etrusk dilində çoxlu sayda türk sözləri var. Etrusk inanc sistemi ilə qədim türk inanc sistemi arasında böyük yaxınlıq var. Biz Qənirə xanımla Etrusklar barədə hazıladığımız kitabda bu barədə bacardığımız qədər geniş məlumat verməyə çalışmışıq.
- Türk dünyasının bir parçası olan Güney Azərbaycanda gedən prosesləri izləyirsinizmi?
- Əlbəttə, Güney Azərbaycan bizim bir parçamızdır. Biz Azərbaycanı bütöv dərk edə bilmiriksə, türk bütövlüyünü neçə dərk edə bilərik. Hesab edirəm, Güney Azərbaycanın, tarixi, mədəniyyəti, ədəbiyyatı daha geniş təbliğ olunmalıdır. Türk bütövlüyündən öncə, adamların təfəkküründə Azərbaycan bütövlüyü yaradılmalıdır. İstər Günedə, istərsə də Qüzeydə, hamı bir millət olduğumuzu dərk edənən sonra biz ürəklə deyə bilərik ki, bax biz 50 milyonuq, biz böyük millətik.
- Fars şovinizm ideologiyasında tarix boyu türkə nifrət patologiyası özünü qabarıq şəkildə göstərib. Bunun əsas səbəblərinin arxasında hansı amillər dayanır?
- Hesab etmirəm ki, türklər və farslar arasında qədim ideoloji düşmənçilik olub. Yüz illər boyu farslar və türklər bir dövlət daxilində problemsiz yaşayıblar. Özü də hakimiyyətdə fars və ya türk mənşəlilərin olmasının heç bir fərqi olmayıb. Problem 1925-ci ildə, ingilislərin Pəhləviləri hakimiyyətə gətirməsindən sonra başlayıb. Atatürk Türkiyəsi yaranandan sonra, Qərb iki türk dövlətinin varlığı ilə barışa bilmədi və İranda anti-türk bir rejim qurdu. Bu rejim İrandakı türklərin farsmənşəli olması barədə ideoloji əsaslar yaratmağa çalışdı və müəyyən mənada türk milli düşüncəsini korşalda bildi. Amma sonda bu ideologiya iflasa uğramaq üzrədir. Çünki, bu təzə şey deyil. İranda süni iranlı milləti yaratmaq istəyirlər. Bir vaxt osmanlılar da Osmanlı milləti yaradırdılar, axırı nə oldu? Və yaxud Sovet millətinin. Azərbaycan türkləri əsrlər boyu İranın sahibi olub və yenə də olacaq. İranın türk-fars federasiyası olmaqdan başqa yolu yoxdur. 2500 illik dövlətçilik ənənəsi olan İranın məmurlarını elə də axmaq hesab etmək lazım deyil. Sadəcə, hələlik onlar ingilis-Pəhləvi oyununun əsiridirlər. Əks halda İranın parçalanması qaçılmaz ola bilər, məncə bu indiki zamanda heç də yaxşı variant deyil.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir