SON XƏBƏRLƏR

ERMƏNİ DEPUTAT ETİRAF ETDİ

2021.10.20, 07:36
ERMƏNİ DEPUTAT ETİRAF ETDİ

Gunaz.tv
GünAzTv:

Larisa Alaverdiyan :"Ermənistan bu məsələdə oyunçu yox, sadəcə hadisələrin cərəyan etdiyi ərazi rolunu oynayır"

"Ermənistan parlamentindən fərqli olaraq, Türkiyə Böyük Millət Məclisi (TBMM) daha təşəbbüskardır və nə istədiyini müəyyənləşdirmək üçün effektiv iş qrafiki var". Bu fikirləri Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Larisa Alaverdiyan dilə gətirib. Onun qənaətinə görə, Türkiyə parlamentinin məqsədyönlü fəaliyyəti belə bir qənaətə gəlməyə əsas verir: ""Gözləyək, əvvəlcə Türkiyə protokolları ratifikasiya etsin, sonra isə biz addım atarıq" kimi bəyanatlar "bədxah top"un kimin meydanında olduğunu göstərir". Erməni deputatı hesab edir ki, belə yanaşma Türkiyənin xeyrinədir: "Məni Türkiyə parlamentinin nə edəcəyi maraqlandırmır. Mən Ermənistanın bu məsələyə öz münasibətinin olmadığından və hansı səbəblərə görə qarşı tərəfin atacağı addımları gözlədiyindən narahatam. ABŞ-ın dövlət katibi Hillari Klintonun Türkiyə-Ermənistan protokollarının imzalanması mərasimində iştirakı sübuta yetirir ki, onlar bu prosesin sahibləri və menecerləridirlər".Larisa Alaverdiyan hesab edir ki, ABŞ bununla Türkiyəni də hansısa addım atmağa məcbur etmək imkanında olduğunu görüntüləməyə çalışıb: "Ancaq Türkiyə çalışır və çalışacaq ki, öz siyasətini yürütsün".Erməni deputat eyni zamanda qeyd edib ki, Ermənistan bu məsələdə oyunçu yox, sadəcə hadisələrin cərəyan etdiyi ərazi rolunu oynayır: "ABŞ, Rusiya və Türkiyənin oyunu böyük hesabla bir-birilə əlaqəlidir və burada Ermənistanın maraqları ikinci deyil, üçüncü sırada yer alıb". //Xeberdar.info

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar