SON XƏBƏRLƏR

İran və Türkiyə prezidentləri Əfqanıstan məsələsini müzakirə ediblər

2021.10.20, 07:36
İran və Türkiyə prezidentləri Əfqanıstan məsələsini müzakirə ediblər

Gunaz.tv
GünAzTv:

İran və Türkiyə prezidentləri Mahmud Əhmədinejad və Abdulla Gül arasında telefon danışığı olub

Telefon danışığında regionda baş vermiş məsələlər, xüsusən Əfqanıstandakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.İSNA-nın verdiyi məlumata görə, Mahmud Əhmədinejad və Abdulla Gül Əfqanıstandakı problemlərinin hərbi yolla həllini istisna ediblər. Prezidentlər Əfqanıstanın hazırda silaha deyil, humanitar yardıma ehtiyacı olduğunu bildiriblər. Əhmədinejad qeyd edib ki, təcrübə göstərir ki, hərbi həll yolundan istifadənin Əfqanıstan üçün xeyri yoxdur: “ Əfqanlar hər şeydən öncə ölkələrinin abadlığı üzrə humanitar yardım və səylərə ehtiyaclıdır, hamı Əfqanıstanın vəziyyətinin yaxşılaşması istiqamətində səy göstərməlidir”. İSNA bildirib ki, Abdulla Gül də bu fikri təsdiqləyərək Əfqanıstanın abadlığa və inkişafa ehtiyacı olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar