SON XƏBƏRLƏR

Terrorçularla mübarizə gücləndiriləcək

2021.10.20, 07:36
Terrorçularla mübarizə gücləndiriləcək

Gunaz.tv
GünAzTv:

ABŞ Prezidenti Barak Obama hava nəqliyyatının, eləcə də ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə terrorçularla mübarizəni gücləndirmək və onları tez bir zamanda zərərsizləşdirmək əmri verib.“ABŞ hökuməti vətəndaşların özlərini təhlükəsiz hissetmələrində əlindən gələni edəcəkdir” deyən Prezident Barak Obama, yaxın vaxtlarda “Nortvest Hava yolları”na aid təyyarəni partlatmaq istəyən bütün terrorçuların həbs olunacağına əminliyini ifadə etmişdir. Qeyd edək ki, 23 dekabr 2009-cu ildə nigeriyalı Ömər Fərrux Əbdulmütəlləb Amsterdamdan Detroyta uçmaq üçün havaya qalxan “Nortvest Hava yolları”na aid təyyarənin göyərtəsində bomba partlatmağa cəhd göstərmiş, lakin buna nail ola bilməmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar