SON XƏBƏRLƏR

Polisin təqib etdiyi maskalı şəxs özünü partlatdı

2021.10.20, 07:36
Polisin təqib etdiyi maskalı şəxs özünü partlatdı

Gunaz.tv
GünAzTv:

Dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində, Həsən Əliyev küçəsilə Mirəli Qaşqay küçələrinin kəsişdiyi yerdə, 53 saylı binanın qarşısında bir nəfər şəxs əlindəki əl qumbarasını partladaraq özünü öldürüb. Hadisə yerinə Nərimanov rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları gəlib. Onun üzərindən tapılan şəxsiyyət vəsiqəsi əsasında həyatına qəsd edənin 46 yaşlı Qazax rayon sakini Rasim Əliyev olduğu məlum olub. Partlayış nəticəsində yaxınlıqda olan polis əməkdaşı Ruslan Dəmirçiyev ayaq və bud nahiyələrindən xəsarət alıb. O da məlum olub ki, Rasim Əliyev təqib edildiyini bildiyi zaman əlindəki qumbaranı partladıb. Bundan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin mina axtaranları, eləcə də daxili qoşunların xüsusi təyinatlıları cəlb olunub. Partlayışın baş verdiyi ünvan isə çoxlu sayda post patrul xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Xəstəxanada hüquq-mühafizə orqanları əməkdaşlarına ifadə verən Ruslan Dəmirçiyevin bildirdiyinə görə, o, qara maska ilə küçənin ortasında hərəkət edən Rasim Əliyevi təqib etməyə başlayıb. Siqaret almaq bəhanəsi ilə ona yaxınlaşdıqda isə şübhəli şəxsin əlində tapançanı görən Ruslan “102” xidmətinə məlumat verib. Bu zaman silahlı şəxs yolla hərəkət edən marşrut avtobuslarından birinə minmək istəyərkən Ruslan avtobus sürücüsünə saxlamamağı bildirməklə, buna mane olub. Çox keçməmiş, ərazidə post patrul xidməti maşınları görünüb. Ələ keçəcəyini görən silahlı şəxs partlayıcını işə salıb. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar