SON XƏBƏRLƏR

Xamneyi müxalifət liderlərinin edamını tələb etdi

2021.10.20, 07:36
Xamneyi müxalifət liderlərinin edamını tələb etdi

Gunaz.tv
GünAzTv:

İranın ali dini lideri ayətullah Əli Xamneyi müxalifət liderlərinin asılmasını tələb edib. "Reuters"un yaydığı məlumata görə, bunu Xamneyinin nümayəndəsi Abbas Vaaz Tabasi İran Dövlət Televiziyasına müsahibəsində deyib. Tabasi mövcud rejimin əleyhdarlarını Allahın düşmənləri adlandıraraq deyib ki, ölkədə qarışıqlıq yaradan bu şəxslər şəriət qanunları əsasında edam olunmalıdır: "Ölkədə qiyam cəhdinin arxasında dayananlar Allahın düşmənləridir. Allahın düşmənlərinin cəzası isə bəllidir".      "Biz indiyə qədər qarşıdurma yaradanlarla yumuşaq rəftar etmişik, amma bundan sonra müxalifətin hər hansı küçə yürüşünə polisin reaksiyası sərt olacaq". "FARSNEWS"un xəbərinə görə, bunu İran polisinin rəisi İsmail Həmidi Müqəddəm deyib. İ. H. Müqəddəm bildirib ki, polis indiyə qədər Tehran şəhərində qarışıqlıq yaradanlara öz gücünü göstərməyib və müxalifət də bundan sui-istifadə edərək özünün şər niyyətini həyata keçirmək istəyib. O, bundan sonra "xalqa və dövlətə xəyanət edənlər"in polis tərəfindən layiqli cavablarını alacaqlarını açıqlayıb.      İ. H. Müqəddəm dekabrın 27-də Tehran şəhərində 120 polis əməkdaşının yaralandığını, onlardan 60 nəfərinin xəstəxanalarda müalicə olunduğunu, 500 nəfərin saxlanıldığını söyləyib. Onun sözlərinə görə, polis Aşura günü belə bir hadisənin baş verəcəyini gözləmirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar