Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Xarici analitiklər İrandakı son olayları Tehran rejiminin sonunun başlanğıcı kimi qiymətləndirir
GünAzTv:
Xarici analitiklər İrandakı son olayları Tehran rejiminin sonunun başlanğıcı kimi qiymətləndirir
İranda baş verən son qanlı olaylar hazırda dünya mediasının əsas mövzularından biridir. Cənub qonşumuzda baş verən olayların dünya mediasındakı əks-sədasını diqqətinizə çatdırırıq.
İki ölkə arasındakı gərgin münasibətlər üzündən İranda baş verənlər İsraildə birmənalı qarşılanmayıb. Bu ölkənin “Haaretz” qəzetinin yazdığına görə, Aşura günü baş verən hadisələrin önəmi kiçildilməməlidir. Bu aksiyanın ölkə üçün zəlzələ effekti verəcəyini düşünən yazının müəllifi hesab edir ki, islahatçıların lideri Ayətullah Hüseyin Əli Müntəzirinin qətli İranda köklü dəyişikliklər üçün əlverişli zəmin hazırlayıb. “Əgər seçkidən sonra İran küçələrində səslənən şüarlar dövlət başçısı Mahmud Əhmedinecadı hədəf seçmişdisə, aksiyaçılar “diktatora ölüm” deməklə daha çox İranın dini lideri Ayətullah Əli Xamneyini nəzərdə tuturlar”, deyə qəzetdə vurğulanır. Eyni məqalədə İrandakı olaylarla bağlı ekspertlər də fikirlərini böülüşblər. Onlar yaşananları İslam inqilabından bu günə qədər ən ciddi hadisə kimi dəyərləndirsələr də, İran rejiminin Şah dönəmindəki qədər zəif olmadığını bildiriblər. Rejimin zor işlədərək situasiyanı hələ nəzarətdə saxladığını ekspertlər diqqətdən qaçırmasalar da, bu şiddətin yeni-yeni aksiyalara yol açacağını da istisna etmirlər. Bu aksiyalar zamanı isə yenidən zora müraciət olunması, dünyanın hazırda diqqətinin İrana yönəldiyi bir zamanda hakimiyyətə yaxşı heç nə vəd etmir.
İranın Berlin divarı yıxıldı
“The Times” qəzetinə şərhində Yaxın Şərq üzrə ekspert Robin Rayt bildirib ki, yaşananlar İranda “Berlin divarının” yıxılması effektini verə bilər. 1979-cu ildə baş verənlərin regionun siyasi xəritəsini dəyişdiyini deyən ekspertin qənaətincə, hazırkı olaylar da diktaturanın sonuna, ölkədə insan haqlarının bərpasına gətirib çıxara bilər.“İndependent” qəzetində fikirləri yer alan iranlı professor Əli Ənsari baş verənləri diktaturanın devrilməsi yolunda önəmli addım sayır. Ölkədə hazırda baş verənlərin təsadüf olmadığını düşünən professor hesab etmir ki, İran xalqı Xamneyiyə İslamın təmsilçisi kimi baxmalıdır. “Həbs olunanlara işgəncə vermək, onları cinsi təcavüzə məruz qoymaq İslama uyğun adımdırmı?”, deyə Ə.Ənsari sual edir.
İran dəyişikliklər dövrünə qədəm qoyur
Almaniya qəzetləri də İran hadisələrinə ən çox yer ayıran mətbuat orqanlarındandır. Münhenin nüfuzlu qəzeti “Süddeutsche Zeitung” İranda baş verən olayları manşet xəbəri edib. Tehran küçələrində qanın tökülməsinə baxmayaraq İran rejiminin süqutunun hələ yaxında olmadığını düşünən məqalə müəllifi müxalifətin etiraz aksiyalarını hələ yüksək səviyyədə təşkil edə bilmədiyi qənaətindədir. Hazırda yaranmış vəziyyətdə isə bu çox önəmli məqamdır.“Frankfurter Allgemeine Zeitung” isə bir qədər keçmişə qayıdaraq hadisələrin kökünü bir müddət əvvəl keçirilən seçkilərdə axtarır. Məhz prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasının İran cəmiyyətini narahat edən problemləri üzə çıxardığını qabardan qəzetin məqaləsində qeyd olunur ki, hadisələr İranın dəyişikliklər dövrünə qədəm qoyduğunu göstərir.“Neue Press” qəzeti məhz Əhmədinecadın özünü təcrid etməsi üzündən bəzi dini liderlərin müxalifətə keçdiyini düşünür. Bu dəfəki mətbu orqanı da fərqli müxalifət qüvvələrinin İran hakimiyyəti üçün təhlükəli hala gələ biləcək hərəkata çevriləcəyini düşünür.“?Tehran recciminin etiraz dalğasını zorakılıqla boğması yanlış addım idi”. “Financial Times Deutschland” qəzeti İranla bağlı məqaləni bu başlıqla dərc edib. Qəzet yazır ki, seçkidən sonra baş verən olaylar islahatlar tələb edən müxalifət qüvvələrinin diktatura rejiminin yıxılmasında qərarlı olduğunu göstərir. Bundan başqa, qəzetin ekspertləri İrandakı siyasi böhranın müxalifətlə bazarlıq yoluyla çözüləcəyini də qeyri-mümkün sayır.
İran rejiminə təhlükə demokratlardan yox, millətçilərdən gəlir
“İnternational Herald Tribune” qəzeti isə yazır ki, İran rejiminin gələcəyi üçün böyük təhlükə demokratik müxalifət hərəkatından yox, daha çox kürd, bəluc, azərbaycan türkü və ərəb millətləri arasında aqressivliyi artıran separatçı qruplardan gəlir. Bu baxımdan məqalədə vurğulanır ki, demokratik islahat tərəfdarları və etnik qiyamçılar birləşərlərsə, ölkəni alt-üst edə bilərlər. Amma islahat tərəfdarları əksər məmurlar, hərbçilər və biznes təşkilatları kimi fars elitasının nəzarətindədir və milli azlıqların tələblərini müdafiə etməkdən imtina edirlər.Qəzetin daha sonra diqqət yetirdiyi məqam İrandakı etnik mübarizəyə ABŞ-ın maliyyə yardımı edib-etməməsidir. İran rəsmilərinin açıqlamalarında Obamanın da Buş kimi ölkədə etnik qarşıdurmanı qızışdırmaq üçün maliyyə ayırdığını vurğulamasını yada salan yazı müəllifinə görə, Obama administarsiyası bu həssas məsələyə olduqca ehtiyatlı yanaşmalıdır. Belə ki, separatizmə dəstək və indiki rejimlə əməkdaşlıq bir araya sığmır.Qəzet daha sonra yazır ki, bəluc və kürdlər hər ikisi süni müsəlmandırlar. Onlar şiə dini represiyalarına, mədəni və iqtisadi diskriminasiyaya qarşı mübarizə aparırlar. Ziddiyyətli məqamın milli azlıqlar arasında əksəriyyəti azərbaycanlıların təşkil etdiyini vurğulayan müəllif hesab edir ki, Xamneyinin ali lider seçilməsi bu baxımdan azərilərə bir jest idi və bu etnik qrupun İran hakimiyyətinə sədaqətini artırmağa xidmət edirdi. Bu baxımdan yazı müəllifi hesab edir ki, etnik qrupların mübarizələrini birləşdirməsi İrandakı dəyişikliklərin gələcəyi baxımından olduqca vacibdir.
Hadisələr daha gərgin məcraya qədəm qoyacaq
“Amerikanın səsi” radiosu dünyanın aparıcı mediasının icmalına əsaslanaraq, İranda hadisələrin daha gərgin məcraya qədəm qoyacağı qənaətinə gəlib.“Washington Post” qəzeti isə yazır ki, hökumətin yeni müxalifət hərəkatını boğmaq səyləri nəticəsində İranın bir neçə şəhərində baş vermiş qarşıdurmalar zamanı ölənlər olub, çoxsaylı insan yaralanıb. Qəzet müxalif veb səhifələrin prezidentliyə namizəd olmuş Mir Hüseyn Musəvinin bacısı oğlu da daxil olmaqla, 12 nəfərin qətlə yetirildiyini yazdığını bildirir. Hökumət rəsmiləri isə məsuliyyəti üzərlərindən ataraq deyirlər ki, polis silahdan istifadə etməyib. Bu isə bir çox müxalif mənbələrin təhlükəsizlik qüvvələrinin kütləyə atəş açması barədə verdiyi məlumatla ziddiyyət təşkil edir. Qəzet yazır ki, on minlərlə nümayişçi qeyri-adi gücdən istifadə edərək polisə müqavimət göstərməklə yanaşı, avtomobilləri və hökumət binalarını yandırıb.“Washington Post”un məlumatına görə, Ağ Ev İranda baş verənləri hökumətin dinc vətəndaşlara qarşı ədalətsiz və zorakı susdurması adlandırıb.
Dünya liderləri İrandakı iğtişaşı tənqid edir
“New York Times” yazır ki, İran hakimiyyətini nümayişçilərə qarşı gücdən istifadəyə görə sərt tənqid edənlər arasında digər müxalifət lideri Mehdi Kərrubi də olub. Qəzet “İranın müxalifət liderlərinin həbs ediləcəyi deyilir” başlıqlı məqaləsində Caras veb səhifəsinə istinadən Kərrubinin sözlərini dərc edib: “Bu dini sistemə nə olub ki, onlar müqəddəs Aşura günündə dinc insanların öldürülməsinə göstəriş verirlər?”. Novruz veb səhifəsinə istinadla verilən məlumatda isə qəzet yazır ki, Mir Hüseyn Musəvinin bacısı oğlu Əli Musəvi cəsədini, dəfn mərasiminin qarşısını almaq məqsədilə, rəsmilər qeyri-müəyyən yerə aparıblar. Musəvi ailəsinə yaxın müxalifət nümayəndəsi Möhsün Maxmalbafın sözlərinə görə, digər qətllərdən fərqli olaraq, bu, siyasi mesajdır. Qəzetin məlumatına görə, bazar günü baş vermiş toqquşmalar zamanı 27 yaşlı curnalist də yoxa çıxıb. Dubay TV-nin sözçüsü deyib ki, sözügedən telekanal üçün çalışan Redha Əl-Bəşədən xəbər yoxdur. Qəzet şahidlərə istinadən yazır ki, Bəşəni son dəfə təhlükəsizlik qüvvələri onu mühasirəyə alanda görüblər. Dünən Tehranın mərkəzi prospektində toplaşan nümayişçilər “Xameneyiyə ölüm” şüarları səsləndiriblər. “New York Times” yazır ki, veb səhifələrin məlumatına görə, Tehranda 5, Təbrizdə 4, Şirazda isə 1 nəfər həlak olub. Ölənlərin şəkilləri də internetdə yayılıb.ABŞ-ın daha bir qəzeti “Wall Street Journal” “Dünya liderləri İrandakı iğtişaşı tənqid edir” başlıqlı məqaləsində yazır ki, Kanada xarici işlər naziri Lorens Kənnon bu barədə bəyanat açıqlayıb. Bəyanatda deyilir: “İran təhlükəsizlik qüvvələri yenidən İran xalqına qarşı zorakılıq və hədə-qorxudan istifadə edib”. Məqalədə deyilir ki, Almaniya Kansleri Angela Merkel də İrandakı qarşıdurmanı tənqid edib. O, açıqladığı bəyanatda Tehranı Mülki və Siyasi Hüquqlar barədə beynəlxalq müqavilə çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə çağırıb. Birləşmiş Ştatların hadisələrə reaksiyasını isə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Mayk Hammer səsləndirib: “Ümid və tarix universal hüquqları uğrunda dinc mübarizə aparanların tərəfindədir. ABŞ da həmçinin”.Böyük Britaniyanın “Telegraph” qəzetinin məlumatına görə, İranın müxalif siyasətçisi İbrahim Yəzdi həbs olunub. Qəzet Caras veb səhifəsinə istinadən yazır: “Təhlükəsizlik qüvvələri gecə saat 3-də onun evinə gələrək, siyasi fəalı həbs edib”. Məlumatlara görə, onun bacısı oğlu isə bir neçə saat əvvəl nəzarət altına alınıb. Qəzet qeyd edir ki, cənab Yəzdinin həbs olunması xəbəri İran telekanalının ölənlərin sayının artması barədə xəbəri ilə eyni vaxta təsadüf edib.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir