SON XƏBƏRLƏR

Dəfn mərasimindən sonra Azərbaycanlıları həbs ediblər

2021.10.20, 07:36
 Dəfn mərasimindən sonra Azərbaycanlıları həbs ediblər

Gunaz.tv
GünAzTv:

Dekabrın 29-da İranda dəfn mərasimində həbs olunan 20-dən artıq azərbaycanlı fəalın hara aparıldığı hələ də bəlli deyil. Azadlıq Radiosu həbs olunmuş bir neçə fəalın ailəsi ilə əlaqə saxlayıb. Ailələrdən bildiriblər ki, onlara həbslərin səbəbi və həbs olunanların harada saxlanıldıqları barədə məlumat verilmir. Onların sözlərinə görə, xüsusi xidmət orqanları tərəfindən təzyiq və təqib olunurlar. İyirmiyə qədər fəal milli hərəkatın önəmli simalarından biri Çingiz Bəxtavərin dəfn mərasimində həbs edilib. Dekabrın 27-də iş yerində meyiti tapılan Bəxtavərin dəfn mərasimi mitinqə çevrilib və orada çıxış edənlər milli şüarlar səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar