SON XƏBƏRLƏR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə TƏBRİK

2021.10.20, 07:36
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə TƏBRİK

Gunaz.tv

GünAzTv:Dəyərli soydaşlar! sizi 31 Dekabr Dünya Azərbaycanlılarını n Həmrəylik günü münasibəti ilə təbrik edir, milli həmrəyliyimizdən başlayıb milli birliyimizə gedən müqəddəs mübarizə yolumuzda uğurlar diləyirik.

 

Şübhəsiz ki, 31 Dekabr Azərbaycan xalqının parçalandığı gündən bəri apardığı  qurtuluş və bütövlük mübarizəsi tarixində ən əlamətdar günlərdən biridir. 31 Dekabr 1989-cu ildə o taylı-bu taylı xalqımız rus imperiasının Vətənimiz Azərbaycanın ortasından çəkdiyi  tikanlı məftilləri ortadan qaldıraraq, üzərindən nə qədər zaman keçsə də bölünməzliyini və   Vətənini parçalayanlara qarşı heç bir zaman susmayacağını bir daha hər kəsə sübut etdi.

 

Azərbaycan xalqı 31 Dekabr 1989-cu ildən bu günədək verdiyi dönməz milli mücadilənin sonucu olaraq, artıq vətənimizin quzeyində müstəqil dövlətimiz qurulmuş, vətənimizin güneyində isə qurtuluş hədəfi ilə başlatdığımız Çağdaş Azərbaycan Milli Hərəkatı kəmmi və keyfi baxımdan o dərəcədə  inkişaf etmişdir ki, artıq dost da, düşmən də bu hərəkatla hesablaşmaq məcburiyyətini özündə  hiss edir. Bu isə onu göstərir ki, Vətənimizin güneyinin qurtuluşu və milli birlik günümüz  də uzaqda deyildir.

 

Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) olaraq, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını 31 Dekabr Həmrəylik günü münasibəti ilə bir daha təbrik edir, yeni ilin millətimizə uğurlar və başarılarla dolu bir il olmasını diləyirik.

 

Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT)

30 dekabr 2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar