SON XƏBƏRLƏR

Pekində daşqın 30-dan çox insanın həyatına son qoydu

2023.08.09, 12:11
Pekində daşqın 30-dan çox insanın həyatına son qoydu

Pekində leysan yağışları nəticəsində baş verən güclü daşqın zamanı ölənlərin sayı 33-ə çatıb, 18 nəfərsə itkin düşüb. Bu barədə Pekin merinin müavini Xia Linmao bildirib.

Gunaz.tv

Daha əvvəlsə leysan Çinin şimalında baş vermişdi. Ötən həftə Pekinə güclü yağışlar yağmışdı.  140 illik müşahidələrə görə, orada və Hebey əyalətində yağıntının miqdarı  rekord həddə çatdı. 
Səlahiyyətlilərin məlumatına görə, daşqınlardan ümumilikdə 1,29 milyon insan zərər çəkib, 59 min ev uçub, 147 min nəfərə ciddi ziyan dəyib. Ümumi maddi ziyan hesablanır.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar