SON XƏBƏRLƏR

Aşura hadisələrində 38 nəfərin öldüyü və 2000 nəfərin tutulduğu bildirilir

2021.10.20, 07:36
Aşura hadisələrində 38 nəfərin öldüyü və 2000 nəfərin tutulduğu bildirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 27 dekabr Aşura günü hadisələrində ölənlərin sayısı ilə bağlı yeni məlumat yayılıb. “yaşıl hərəkat” mənbələri bildirir ki Dekabrın 27-si Tehranda və digər şəhərlərdə keçirilmiş aksiyalarda öldürülənlərin sayı 38 nəfərə və tutulanların sayı isə 2000 nəfərə çatıb. Tutulanlar ölkənin müxtəlif şəhərlərində həbsdə saxlanılırlar. Məlumata görə, ölənlərdən 30-a yaxını hökümət qüvvələrinin odlu silahdan açdığı atəşi nəticəsində həlak olub, qalanları isə polis avtomobillərinin altında qalaraq əzilib və həyatlarını itiriblər. Bildirilir ki ölənlərin böyük əksəriyəti paytaxt Tehranda həlak olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar