SON XƏBƏRLƏR

Elm və Sənaye Universitetində aksiya : “Bu ay qan ayıdır, Yezid devrilməlidir” , “Diktatora ölüm”

2021.10.20, 07:36
Elm və Sənaye Universitetində aksiya : “Bu ay qan ayıdır, Yezid devrilməlidir” , “Diktatora ölüm”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dekabr ayının 27-də hökümətin əleyhinə çevrilmiş Aşura mərasimi dünən dekabr ayının 29-da Tehranın Elm və Sənaye Universitetində dəvam etdirilib. Universitetin həyətində 2000-ə yaxun tələbə tərəfindən hayata keçirilən aksiya qarşı durma ilə nəticələnib. “Bu ay qan ayıdır, Yezid devrilməlidir” və “Diktatora ölüm” şüarları səsləndirən və universitet həyətindən çıxıb küçədə yürüş keçirmək istəyən aksiyaçılar “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının dəyənəkli üzvlərinin və digər hökumət qüvvələrinin hücumuna məruz qalıb. Onlarla tələbə yaralanıb. Kimlərinsə tutulub-tutulmadığı barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar