SON XƏBƏRLƏR

Ayətullah Dəstqeyb və Ayətullah Saneyinin qərargahlarına hücum olub

2021.10.20, 07:36
Ayətullah Dəstqeyb və Ayətullah Saneyinin qərargahlarına hücum olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, İran hökumətinə müxalif olan iki nüfuzlu ruhaninin - ayətullah Seyidəli Məhəmməd Dəstqeybin və ayətullah Yusif Saneyinin qərargahlarına dekabrın 29-da hücum olub. Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) və “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının dəyənəkli təmsilçiləri S.M.Dəstqeybin Şiraz şəhərindəki qərargahında bütün qapı-pəncərələri qırıblar. Hücumlar daha sonra ayətullah Dəstqeybin mənzilində davam etdirilib. Onun ailə üzvlərini təhqir edən ETTELAAT və “Bəsic” təmsilçiləri Qoba məscidinə də basqın ediblər. Həmin vaxt ayətullah Dəstqeyb məsciddə tərəfdarları qarşısında çıxış edirmiş Hücumçular məscidin şüşələrini daşa basıblar, onun çıxışını dinləyən möminləri dəyənəklə döyüb zorla məsciddən çıxarıblar və məscidi bağlayıblar. Hücumçular İranın dini rəhbəri ayətullah Əli Xamneyinin lehinə, müxalifət liderlərinin (keçmiş baş nazir Mirhüseyn Musəvi, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş prezident Məhəmməd Xatəmi) əleyhinə şüarlar da səsləndirirmiş. Ayətullah Yusif Saneyinin Qum, Məşhəd, Kirman və Tehrandakı qərargahlarına hücum zamanı da hücumçular qərargahların bütün şüşələrini qırıblar, tabloları yerindən qopararaq İranın dini rəhbəri ayətullah Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar