SON XƏBƏRLƏR

İran Qazaxıstandan saf uran idxal etməyə cəhd göstərir

2021.10.20, 07:36
İran Qazaxıstandan saf uran idxal etməyə cəhd göstərir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda daxili iğtişaşların geniş vüsət aldığı bir zamanda bu ölkənin nüvə proqramı ilə bağlı yeni sensasiyalı məlumat yayılıb. İran hökuməti nüvə proqramının həyata keçirilməsini davam etdirmək üçün Qazaxstanla saflaşdırılmış uran filizinin alınmasına dair müqavilə bağlamağa hazırlaşır. Son kəşfiyyat məlumatlarına görə, İran Qazaxıstandan 1 3 50 ton saf uran idxal etməyə cəhd göstərir. Bu hadisə BMT Təhlükəsizlik Şurasının sanksiyasının pozulması deməkdir. Kəşfiyyat məlumatının xülasəsini Assoşeyted Press xəbər agentliyi dərc edib. Məlumata görə, İranla Qazaxıstan arasında razılaşma bir neçə həftəyə tamamlanacaq. Diplomatların Qazaxıstanın “Qazatomprom” dövlət uran şirkətinə müraciətlər cavabsız qalıb. Tehran da məlumata reaksiya verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar