SON XƏBƏRLƏR

rəsmi Moskva İrandakı iğtişaşlara münasibət bildirib

2021.10.20, 07:36
rəsmi Moskva İrandakı iğtişaşlara münasibət bildirib

Gunaz.tv
GÜNAZ.TV mətuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi dekabrın 28-də verdiyi açıqlamada İranda Aşura mərasimləri zamanı baş verən hadisələrə münasibət bildirib. Açıqlamada Rusiyanın İran daxilində baş verən hadisələrdən narahat olduğunu qeyd edilib və bu kimi hallarda ehtiyatlı olmanın, qanun çərçivəsində qarşılıqlı razışmaya gedilməsinin, daxili vəziyyətin daha da gərginləşməməsi üçün siyasi səylər etmənin vacibliyi vurğulanıb. Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında rəsmi Tehranın daxili iğtişaşlarda əli olduğunu iddia etdiyi xarici dövlətlərin sırasında Rusiyanın da adının hallanmasına da sərt münasibət göstərilib. Rəsmi Moskva Rusiyanı İrandakı iğtişalarla əlaqələndirmə cəhdini dezinformasiya adlandıraraq qəti şəkildə rədd edib. Rusiyanın heç bir ölkənin daxili işinə qarışmadığının qeyd edildiyi açıqlamada bu kimi cəhdlərin Rusiya ilə İran arasındakı yaxın münasibətləri pozma məqsədi güddüyü vurğulanıb. Maraqlıdır ki, Rusiya son açıqlaması daha əvvəlkilər kimi prezident Əhmədinejadı tam dəstəkləmək yerinə daha ehtiyatlı bir uslubla yazılıb. Xatırladaq ki, hələ perzident seçkliərinin sonucları rəsmən açıqlanmadan Əhmədinejad Rusiyaya səfər etmiş və rəsmi Moskvadan təbrikləri qəbul etmişdi. Əvvəla bu ehtiyatlı üslubu İrandakı son siiyası proseslərin daha da dərinləşməsi sonucunda Moskvanın mühafizəkarların gücünə inamının zəifləməsi kimi izah etmək olar. İkincisi, bunu Rusiyanın bununla rəsmi Tehrana qarşı Qərblə arasındakı mövqe fərqliliyi bir qədər daha azaltmasının işarəsi kimi yozmaq mümkündür. Üçünücüsü, Rusiya bu ehtiyatlı mövqeyini eyni zamanda son dövrdə tez-tez Moskvanı günahlandıran Əhmədinejad hakimiyyətinə bir mesaj kimi də qiymətləndirə bilərik. Dördüncü, bu ildən İrandakı böyük etiraz mitinqlərində “düşmən ölkə” kimi Rusiyanın da adının çəkilməsi Rusiyanı məcbur edir ki, İİR ictimaiyyəti ilə bağlı olaraq da müəyyən tarazlıq gözləsin.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar