SON XƏBƏRLƏR

Yerevan Ankaranı açıq-aşkar hədələyir

2021.10.20, 07:36
Yerevan Ankaranı açıq-aşkar hədələyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə parlamentinin Sürix protokollarını hələ də ratifikasiya etməməsi Ermənistanın hiddətinə səbəb olub. Yerevan Ankaranı açıq-aşkar hədələyir. Bu dəfə Ermənistan parlamentinin vitse-spikeri Samvel Nikoyan sərt bəyanatla çıxış edib. Nikoyan deyib ki, Ankara bilərəkdən sənədlərin təsdiqini yubadır. Bununla Azərbaycanla münasibətlərini qorumağa çalışan Ərdoğan hökuməti, təkcə Ermənistana yox, eyni zamanda Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və Rusiyaya meydan oxuyur. Ermənistan parlamentinin vitse-spikeri hesab edir ki, rəsmi Yerevan bu oyuna aldanmamalı və dərhal tədbir görməlidir. Nikoyanın fikrincə, Ermənistanın Sürixdə imzalanmış protokollardan imtina etmək hüququ var. Ankara anlamalıdır ki, Yerevan belə bir vaxtda Dağlıq Qarabağ məsələsindəki maraqlarını Türkiyə ilə münasibətlərə qurban verməyəcək. Ermənistan parlamentinin bəzi deputatları isə ümumiyyətlə, Türkiyə ilə münasibətlərin normallaşma siyasəti və sərhədlərin açılmasından imtina etməyi təklif edir. Belə düşünən deputatların fikrincə, Ermənistanın yeganə çıxış yolu, Gürcüstanla Rusiya sərhəddindəki Yuxarı Lars keçid məntəqəsinin açılmasıdır. Bu yol açılsa, Ermənistan yükləri Rusiyaya çıxış əldə edəcək və Türkiyəni gözləməyə ehtiyac qalmayacaq. İşğalçı dövlətin iqtisadi mənzərəsinə nəzər yetirsək, ermənilərin Türkiyə ilə sərhədləri açmaq üçün dəridən qabıqdan çıxdığını, bu alınmadıqda hədq-qorxuya əl atdığını anlamaq olar. Statistika göstərir ki, Ermənistan regionda maliyyə böhranından ən çox əziyyət çəkmiş ölkədir. Bu ölkənin iqtisadiyyatını böhrandan çıxarmaq üçün ən azı 2 il vaxt lazımdır. 3 ildən sonra Ermənistan büdcəsinin 68 faizi sosial xərclərə yönəldiləcək ki, bu da böyük büdcə kəsirinin yaranması deməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar