SON XƏBƏRLƏR

Dünya Azərbaycanlıları Konqresi (DAK) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirdi

2021.10.20, 07:36
Dünya Azərbaycanlıları Konqresi (DAK) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Məlum olduğu kimi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə DAK 28 Dekabr 2009-ci il tarixində bayram tədbiri keçirdi. Tədbir 28 Dekabr 2009-ci il tarixində saat 14:00-da Fəxri Xiyabnda Azərbaycanımızın dahi şəxsiyyətləri Mərhum Heydər Əliyev, Seyid Cəfər Pişəvəri, Əbülfəz Elçibəyi ziyarətlə başlandı. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olmuş soydaşlarımızın anım mərasimilə davam etdi. Tədbirin ədəbi-bədii hissəsi saat 15:30-da DAK-ın mərkəzi ofisi İstiqlaliyyət küç.8 ünvanında keçirildi. Tədbirdə DAK rəhbərliyi, DAK İH üzvləri, DAK Azərbaycan nümayəndəliyinin rəhbəri, DAK GT fəalları, DAK Mədəniyyt mərkəzi, DAK ağsaqqallar şurasının sədri və üzvləri, DAK qadınlar şurasının üzvləri, ictimai-siyasi xadimlər, şairlər, musiqiçilər, milli fəallar, tələbələr və incəsənət ustaları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli DAK fəxri sədri prof.Q.S.Təbrizinin adından qonaqları Həmrəylik Bayramı münasibətilə təbrik edərək, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranma tarixindən və bu günün dünya Azərbaycanlılarına əhəmiyyətindən danışaraq tədbiri Azərbaycanın himni ilə açıq elan etdi və ilk sözü DAK həmsədri prof. Paşa Qəlbinura verdi. Paşa müəllim bütün qonaqları və bütövlükdə dünya Azərbaycanlıları bu müqəddəs həmrəylik bayramı münasibətilə səmim qəlbdən təbrik edərək bildirdi ki, həqiqətən də həmrəylik bir millətin inkişafında böyük rol oynayır. Bunun bariz nümünəsi 1989-ci ildə Quzey Azərbaycan Milli Azadlıq Hərəkatında xalqın həmrəyliyi və milli birliyi hesabına Quzey Azərbaycan öz müstəqilliyini bərpa etdi. Mən əminəm ki, çox yaxın gələcəkdə Güney Azərbaycanda öz müstəqiliyini əldə edəcək və biz Bütöv Azərbaycanın müstəqillik bayramını tarixi paytaxtımız Təbriz şəhərində keçirəcəyik. Sonra söz DAK İH üzvü prof. Vaqif Sultanlıya verildi. Vaqif müəllim öz çıxışında bildirdi ki, bu gün bu tədbir əsil mənada həmrəyliyin bariz nümünəsidir. “Millətinə, Vətəninə, Dövlətinə sadiq olan sizin kimi insanların bir araya gələrək belə möhtəşəm tədbirin baş tutması da həmrəyliyin əlamətidir. Mən əminəm ki, bütün Dünya Azərbaycanlıları ümümmilli məsələlərdə özəlliklə Güney Azərbaycan poroblemi və Qarabağ poroblemində hər zaman həmrəy olublar və bundan sonra da həmrəy olacaqlar. Mən bir daha sizi həmrəylik bayramı münasibətilə təbrik edir, xalqımıza bu yeni ildə firavanlıq, əmin-amanlıq, dövlətimizə yeni yeni nayiliyyətlər arzulayıram”. Sonra söz DAK mədəniyət mərkəzinin rəhbəri qiraət ustası Ağalar Bayrama verildi. Ağalar bəy öz çıxışında həmrəyliyimizi əks etdirən şeirlərlə tədbiri dahada rövnəqləndirdi. Tədbir zamanı DAK mətbuat xidmətinin rəhbəri sənətçi Əlirza Amanbəyli və müğəni Yaqut xanım Məmmədova tədbir boyunca şən və vətənpərvər mahnılarla tədbiri dahada şənləndirdilər. Sonra söz Güney Azərbaycan milli azadlıq hərəkatının fəalı və şair Sayman Aruza verildi. Sayman bəy çıxış zamanı bildirdi: “Bu gün Güney Azərbaycanda əsil milli azadlıq hərəkatı gedir. Artıq İran rejimi antitürk və antiazərbaycan siyasətini gücləndirərək bizim milli birliyimizi və həmrəyliyimizi pozmaq üçün hər bir cinayətə əl atır. Amma artıq İran adlanan ölkənin varlığı sual altındadır. İranda qeyri-fars millətlər, özəlliklə Güney Azərbaycan Türkləri öz müqəddəratını təyin etməkdə israrlıdılar. Buna görə də dünya Azərbaycanlılarının Güney Azərbaycan və Dağlıq Qarabağ porobleminin həll olmasında mütləq həmrəyliyə və birliyə ehtiyacı vardır”. Sayman bəy çıxışının sonunda yeni qələmə aldığı gözəl şeirlərini səsləndirdi. Sonra söz DAK İH üzvü Eliza xanım İsmayilovaya verildi. Eliza xanım öz çıxışında bildirdi: “Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyə daha çox ehtiyacı var. Ona görə ki, düşmənlərimiz hər zaman olduğu kimi bu gündə bizim milli birliyimizi, həmrəyliyimizi pozmaq üçün bütün metodlardan istifadə edərək Azərbaycanın daxilində və xaricində dini təriqətlər, bölgəçilik nifaqi salaraq Azərbaycan Türklərinin milli birliyinə zərbə vurmaq istəyirlər. Ona görə ki, Azərbaycan dövləti gücləndikcə Türk dövlətlrin birliyi daha da aktuallaşır. Düşmənlərimiz yaxşı bilir ki, Qarabağın, Güney Azərbaycanın azadlıqı Türk dövlətlərin birliyini daha da tezləşdirəcək. Mən bir daha bütün Dünya Azərbaycanlılarını Həmrəylik bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm və xalqımızı təkcə bu gün yox hər zaman həmrəy olmağa və dövlətimiz ətrafında sıx birliyə dəvət edirəm. Tədbir boyunca DAK ağsaqallar şurasınlın sədri Babaxan Muradov, Cavanşir Rzazadə, DAK Qadınlar şurasının sədri Dünyaxanım Əliyeva, Dilarə Nağiyeva, tanınmış şairələr Xədicə İsgəndərli, Minayə Dəyanətqızı, DAK GT fəaları, tələbələr çıxşlar etdilər. Tədbir musiqi sədaları ilə sona çatdı.DAK

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar