SON XƏBƏRLƏR

Rəsmi Tehran uranın Türkiyə ərazisində mübadiləsi ilə razıdır

2021.10.20, 07:36
Rəsmi Tehran uranın Türkiyə ərazisində mübadiləsi ilə razıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Hüseyn İbrahimi bildirib ki, əgər 3,5 faizlik uranın təhvil alındığı yerdə 20 faizlik uranın təhvil veriləcəyinə zəmanət verilərsə, parlament bununla razılaşar. Bu barədə Trend News İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb. CNN Türk-ün məlumatına əsasən, İranın xarici işlər naziri Mənuçöhr Müttəki cümə günü bildirib ki, İran Türkiyə ərazisində 3,5 faizlik uranı 20 faizlik uranla dəyişmək üçün təhvil verməyə hazırdır. İbrahimi əlavə edib ki, hələlik parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasında Türkiyə ərazisində nüvə yanacağının mübadiləsi müzakirə olunmayıb. "Ümumilikdə, parlament nüvə yanacağının Türkiyə ərazisində mübadiləsi ilə razıdır və əvvəlcə də komissiyada bu məsələ ilə bağlı problem yox idi. Əlbəttə, gərək zəmanət versinlər ki, 3,5 faizlik nüvə yanacağını bizdən təhvil aldıqları yerdə 20 faizlik nüvə yanacağını təhvil verəcəklər", - İbrahimi deyib. İbrahimi əlavə edib ki, Türkiyə və İran arasında çox yaxşı əlaqələr var. "Biz Türkiyəyə inanırıq və bu, bizim prinsipial mövqeyimizdir", - İbrahimi deyib. Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın. "Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar