SON XƏBƏRLƏR

İranda məşhur islahatçı liderlər, jurnalistlər və insan haqları müdafiəçiləri həbs edilib

2021.10.20, 07:36
İranda məşhur islahatçı liderlər, jurnalistlər və insan haqları müdafiəçiləri həbs edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Müxalifətin veb səhifələrində açıqlanan məlumatda deyilir ki, hökumətə qarşı keçirilən son etiraz aksiyaları zamanı ölkənin tanınmış beş islahatçısı həbs edilib. Dünən İranın müxalifət lideri Mir Hüseyn Musəvinin, müşaviri Əli Rıza Behişti də daxil edilməkə, üç məsləhətçisi həbs edilib. Veb səhifədə eləcə də, İnsan Haqları müdafiəçisi İmad Bəqhinin və müxalifət fəalı, İran İslam İnqilabının ilk xarici işlər naziri İbrahim Yəzdinin də həbs edildiyi barədə məlumatlar yayılıb. Məlumata görə, ETTELAAT-çılar İranın keçmiş prokuroru, Qum Dini Dairəsinin Tədqiqatçılar və Müəllimlər Qurumunun rəisi Hüseyn Musəvi Təbrizini də tutublar. Başqa bir məlumata əsasən İran Azadlıq Hərəkatı Partiyasının rəhbəri İbrahim Yəzdinin bacısı qızı Leyla Təvəssülini öz mənzilində yaxalayıblar. Həmçinin ETTELAAT əməkdaşları tanınmış jurnalistlər Heşmətullah Təbərzədi, Maşallah Şəmsülvaezin , həmçinin sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadinin bacısı Nuşin İbadini mənzilində tutaraq aparıblar. İran dövlətinin nəzarətindəki Press TV isə dünən, şiələrin müqəddəs aşura günü keçirilən nümayişlər zamanı 8 nəfərin həlak olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar