SON XƏBƏRLƏR

Obama həbs edilmiş aksiyaçıların azad edilməsini tələb edib

2021.10.20, 07:36
Obama həbs edilmiş aksiyaçıların azad edilməsini tələb edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlar prezidenti Barak Obama Dünənki çıxışında azı 8 nəfərin ölümü ilə nəticələnən müxalifətin nümayişinin İran hökuməti tərəfindən yatırılmasını kəskin pisləyərək həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edib. Amerika Birləşmiş Ştatlar prezidenti Obama öz hüquqlarını müdafiə edən İran xalqının cəsurluğunu və qətiyyətini alqışlayıb. Bazar günü Tehran və İranın digər şəhərlərində müxalifətdən olan nümayişçilərlə polis arasında toqquşma olub. Bəzi mənbələrdə ölənlərin 8, bəzilərində isə 15 nəfər olduğu göstərilir. Ölkədə həmçinin azı 7 məşhur müxalifət fəalı həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar