SON XƏBƏRLƏR

Musəvinin Tehranda baş verən qarşıdurmada həlak olmuş bacısı oğlunun meyitinin yeri bilinmir

2021.10.20, 07:36
Musəvinin Tehranda baş verən qarşıdurmada həlak olmuş bacısı oğlunun meyitinin yeri bilinmir

Gunaz.tv

Bakı Süleyman Fərzəliyev-APA.İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin Tehranda baş verən qarşıdurmada həlak olmuş bacısı oğlunun cənazəsinin yeri bilinmir.35 yaşlı Seyid Əli Həbibi Musəvinin yaralı vəziyyətdə İbn Sina xəstəxanasına aparıldığı və orada keçindiyi bildirilsə də, ailə üzvlərinə meyitin harada olduğu barədə heç bir məlumat verilmir. APA-nın “parlemannews”a istinadən verdiyi məlumata görə, mərhumun qardaşı Seyid Rza qardaşının cənazəsinin yerini öyrənmək üçün müraciət etdikləri aidiyyəti qurumlardan konkret cavab ala bilmədiklərini bildirib: “Bizə meyitin İbn Sina xəstəxanasında olduğunu desələr də, oradan bunu təsdiqləmirlər. Məmurlar da cənazənin dəqiq yerini söyləmirlər”. R. Musəvi cənazənin axtarışını davam etdirdiklərini, cənazə tapılmayınca, dəfn mərasimi keçirilməyəcəyini vurğulayıb: “Meyitin yeri məlum olandan sonra keçiriləcək yas mərasimi barədə mətbuata məlumat verəcəyik”.Qeyd edək ki, dekabrın 27-də başlayan qarşıdurmada 15-dən çox adamın öldürüldüyü, yüzlərlə müxalifətçinin isə həbs olunduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar