SON XƏBƏRLƏR

Mehdi Kərrubi İranda baş verənlərlə bağlı bəyanat yayıb: “İndiki hakimiyyət şah rejimindən daha qəddardır”

2021.10.20, 07:36
Mehdi Kərrubi İranda baş verənlərlə bağlı bəyanat yayıb: “İndiki hakimiyyət şah rejimindən daha qəddardır”

Gunaz.tv

Bakı Süleyman Fərzəliyev-APA İranda prezidentliyə keçmiş namizəd, parlamentin sabiq sədri, müxalifət liderlərindən olan Milli Etimad Partiyasının sədri, Mehdi Kərrubi baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb.APA-nın “Emroz” saytına istinadən verdiyi məlumata görə, M. Kərrubi dekabrın 27-də baş vermiş hadisələrlə bağlı xalqa, eləcə də bacısı oğlunun ölümü ilə əlaqədar mərhumun yaxınlarına və ailəsinə başsağlığı verib. M. Kərrubi 2009-cu ildə keçirilmiş prezident seçkilərində xalqın səsinə məhəl qoyulmadığını, bir neçə ay ərzində küçə yürüşlərində onlarla insanın öldürüldüyünü bildirib.O, 7 aydır, ölkədə nizamsızlığın hökm sürdüyünü, bununla da vətəndaşlara küllü miqdarda ziyan dəydiyini qeyd edib: “Bu gün baş verənlər hər bir azad insanın qəlbini yandırır. Keçən gecə Aşura ilə bağlı Tehranda keçirilən mərasimdə çıxış edənlərə hücum edilməsinə nə ad vermək olar? Axı orada çıxış edənlər dövlət əleyhinə danışmırdılar”.M. Kərrubi açıqlamasında şah zamanında keçirilən küçə yürüşlərini də xatırladıb: “O vaxt da belə bir hadisə baş verdi, camaat Aşura günü küçələrə çıxaraq şahın əleyhinə şüarlar səsləndirdi. Amma şah camaata qarşı belə hərəkətlərə yol vermədi, Aşura gününün hörməti saxlanıldı. İndi isə bir ovuc muzdur heç nəyin hörmətini saxlamır, hətta Aşura günündə əllərini günahsız insanların qanına batırmaqdan belə çəkinmir. İndiki hakimiyyət şahdan daha qəddar rejim olduğunu bir daha göstərdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar