Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Toqquşmalar bu gün də davam edib
Dekabrın 27-də İranda baş qaldıran hökumət əleyhinə aksiyalar paytaxt Tehranda bu gün də davam edib. İranın müxalif yönlü saytları xəbər verirlər ki, bu gün səhər saatlarında yüzlərlə insan müxalifət lideri Mirhüseyn Musəvinin qətlə yetirilən bacısı oğlu Əli Musəvinin cənazəsinin olduğu İbn Sina adına xəstəxananın qarşısına toplaşıb.Təhlükəsizlik qüvvələri xəstaxana qarşısına toplananları gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edərək dağıtmağa çalışıb. Nəticədə növbəti toqquşma baş verib.Xatırladaq ki, bu arada Əli Musəvinin meyitinin saxlandığı İbn Sina xəstaxanasından oğurlandığı xəbəri yayılıb. Mərhumun qardaşı Rza Musəvi xəbəri təsdiqləyərək, qardaşının meyitini xəstəxanada tapa bilmədiklərini deyib. O, baş verənləri cinayət adlandırıb və bildirib ki, buna görə kimdən məsuliyyət tələb etməli olduqlarını bilmirlər, çünki məsuliyyəti üzərinə götürən yoxdur.Bu arada “lent.az” İran saytlarına istinadla xəbər yayıb ki, İrandakı nümayişlər zamanı həbs olunanlar içərisində keçmiş xarici işlər naziri İbrahim Yezdilə yanaşı, sabiq prezident Məhəmməd Hatəmi də var.“New York Times” qəzeti isə İrandakı mənbələrinə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri müxalifət lideri Mirhüseyn Musəvinin həbsinə hazırlıq görür.Xatırladaq ki, 2 gündür davam edən toqquşmalar zamanı Musəvinin müşavirləri və başqa yaxın adamları həbs olunub.
***
Hökumət əleyhinə Aşura mitinqləri bütün İranı bürüyüb
Təbrizdə də ölənlər var
Hökumət adamları Musəvinin meyitini oğurlayıb
Dekabrın 27-də İranın bir sıra başqa şəhərlərində də ölkə rəhbərliyi və hakim rejim əleyhinə aksiyalar olub. Bəzi məlumatlara görə, paytaxt Tehranla yanaşı Təbriz, Nəzəfabad, İsfahan və ümumilikdə 20 olmaqla bəşqa şəhərlərdə də hökumət qüvvələri ilə toqquşmalara çevrilən nümayişlər olub. Şəhərlərdə əhali Aşura günü ilə əlaqədar küçələrə çıxıb və hökumət əleyhinə şüarlar səsləndirib. Silahlı təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmağa çalışıb, bu zaman isə toqquşmalar yaranıb. Təhlükəsizlik qüvvələri dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə edib, odlu silahdan əhaliyə atəş açıb.Məlumatlara görə, Təbrizdəki nümayişlər zamanı aksiyaçılar İranın ali dini lideri Xamneyiyə qarşı şüarlar səsləndiriblər. Hökumət qüvvələri nümayişçilərə hücum edib, şəhərin Saman meydanı, Bazar ağzı, Əmir bazarı və başqa yerlərində atışma səsləri eşidilib. Ən azı 4 nəfər öldürüldüyü, onlarla yaralının olduğu haqda xəbərlər yayılıb.Başqa bir məlumata görə isə Nəcəfabaddakı toqquşmada 2 nəfər öldürülüb.Ölkə boyu aksiyalarda tutlanların isə 500 nəfərdən çox olduğu deyilir.
Musəvinin bacısı oğlunun meyiti oğurlanıb
Bu arada Tehrandakı nümayişlərdə qətlə yetirilənlərdən biri, müxalifət lideri Mirhüseyn Musəvinin bacısı oğlu Əli Musəvinin meyitinin İbn Sina xəstəxanasından yoxa çıxdığı xəbər də yayılıb. Məlumatlara görə, kimliyi bəlli olmayan məmurlar dekabrın 27-si axşam İbn Sina xəstəxanasına gələrək Musəvinin meyitini özləri ilə naməlum istiqamətə aparıblar (media forum).Eyni zamanda təhlükəsizlik qüvvələrindən Musəvi ailəsinə xəbərdarlıq edilib ki, dekabrın 28-də dəfn mərasimi keçirilməyəcək. Mirhüseyn Musəvi dekabrın 27-də jurnalistlərə açıqlamasında dekabrın 28-ni milli matəm günü elan edərək vətəndaşları həmin gün dəfn mərasiminə qatılmağa çağırmışdı.Bəzi iranlı hüquq müdafiəçiləri Əli Musəvinin əvvəllər dəfələrlə ölümlə təhdid edildiyini vurğulayaraq onun planlı şəkildə qətlə yetirildiyini bildirirlər.Məlumatlara görə, dekabrın 27-si günortadan sonra yüksək sürətlə hərəkət edən bir polis avtomobili bir neçə aksiyaçını basaraq avtomobillə vurub. Daha sonra avtomobildəki beş silahlı polisdən biri yaxın məsafədən S.Musəviyə atəş açıb. Ürəyindən güllə yarası alan S.Musəvi yerindəcə həlak olub.

***
Tehran qana boyandı
İranda dəhşətli toqquşmalar
Musəvinin bacısı oğlu güllələndi; ümumi ölü sayı 15 nəfər
Hökumət Aşura günü öz əleyhdarlarını qan içində boğdu; Kərrubi “Heç şah zamanında da belə şey olmamışdı” dedi
Dekabrın 27-də İranda hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında növbəti qarşıdurma yaranıb. Paytaxt Tehranda baş verən budəfəki qarşıdurma daha şiddətli xarakter alıb və insan tələfatı ilə nəticələnib.Ölənlər arasında müxalifət liderlərindən biri, prezidentliyə keçmiş namizəd islahatçı Mirhüseyn Musəvinin bacısı oğlu Əli Musəvi də var. Nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadə edən hökumət qüvvələri 20 yaşlı Əli Musəvini ürəyindən güllələyiblər.İran televiziyasının verdiyi son məlumata görə, ölənlərin sayı 15 nəfərdir. Lakin televiziya bu insanları hökumət qüvvələrinin güllələdiyini inkar edir. Televiziyanın bildirdiyinə görə, ölənlərdən 10-u “çevriliş tərəfdarı terror təşkilatın” üzvləri, 5-i isə onların qətlə yetirdikləridir.Müstəqil mənbələr isə daha çox insanın qətlə yetirildiyini və qətlləri nümayişçilərə atəş açan təhlükəsizlik qüvvələrinin törətdiyini deyirlər.Həbs edilənlərin dəqiq sayı bilinməsə də, İranın keçmiş xarici işlər naziri, hazırda qadağan olunmuş “Azadlıq uğrunda hərəkat”a rəhbərlik edən İbrahim Yəzdinin də tutulanlar arasında olduğu haqda xəbərlər yayılıb.Məlumatlara görə, daha şiddətli toqquşmalar Tehranın mərkəzi İnqilab meydanında yaşanıb. Polis odlu silahla yanaşı, dəyənək və gözyaşardıcı qazdan da istifadə edib.Toqquşmalar Aşura mərasiminə qatılan müxalifət tərəfdarlarının İran rəhbərliyi və rejim əleyhinə şüarlar səsləndirməsi ilə başlayıb. Həmin gün həm də İranın nüfuzlu və islhatçı ruhanilərindən olan ayətullah Müntəzirinin yeddisi idi. Hökumət Müntəzirinin yeddi mərasimini keçirməyi yasaq etsə də, meydanlara çıxan müxalifət tərəfdarları həm də onu anıblar.Təhlükəsizlik qüvvələrinin müxalifət lideri Musəvinin yaxın qohumunu qətlə yetirdiyi haqda xəbərin yayılması etirazları daha da artırıb və Tehran əsl döyüş meydanına çevrilib.Nümayişlərin qarşısını almaq üçün səfərbər olunan hökumət qüvvələrinə sərt müqavimət göstərilib. Nümayişçılər bir neçə yerdə küçə barrikadaları qurub.Bəzi məlumatlara görə, paytaxt Tehranla yanaşı İranın İsfahan, Nəcəfabad, Şiraz, Qum kimi başqa şəhərlərində də etiraz aksiyaları keçirilib.Hadisələrdən dərhal sonra başqa bir müxalifət lideri Mehdi Kərrubi hökumət əleyhinə bəyanat yayıb. İnternet vasitəsilə yayıdığı bəyanatda Kərrubi “Heç şah zamanında da belə şey olmamışdı. Hətta o zaman da müqəddəs Aşura gününə sayğı vardı. Bu müqəddəs gündə müxalifətə ehtiramla yanaşılırdı” kimi qınayıcı ifadələr işlədib.
























İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir