SON XƏBƏRLƏR

ABŞ və Fransadan İran nümayişçilərinə dəstək

2021.10.20, 07:36
ABŞ və Fransadan İran nümayişçilərinə dəstək

Gunaz.tv

GünAzTv:Vaçinqton:“Öz haqları uğrunda mübarizə aparanların yanındayıq”

Paris: “Biz küçələrdəki insanların demokratiya və ifadə azadlığı istədiyini yada salırıq”

İrandakı qanlı toqquşmalarla bağlı ABŞ və Fransa bəyanat verərək nümayişçilərə qarşı hökumət qüvvələrinin zorakılığını pisləyib.Vaşinqton nümayişlərin dağıdılmasını “mülki şəxslərin öz universal hüquqlarından istifadəsinə zorakı və ədalətsiz təzyiq” adlandırıb və etiraz edənlərin yanında olduğunu bəyan edib. “Tarix dinc yollarla öz haqları uğrunda mübarizə aparanların yanındadır. Birləşmiş Ştatlar da bu cür davranır”, – deyə Vaşinqtonun bəyanatında bildirilir.Fransanın mövqeyini isə xarici işlər naziri Bernard Bolero BBC-nin “Dünya bu gün” proqramına müsahibəsində ifadə edib. Nazir nümayişçilərə qarşı zorakılığı pisləyərək deyib: “Biz küçələrdəki insanların daha artıq azadlıq, demokratiya və ifadə azadlığı istədiyini yada salırıq. Polis qüvvələrinin repressiyası qəbul edilməzdir. Biz hazırkı hadisəyə siyasi həll yolu tapılmasına çağırırıq”. Fransa rəsmisi Avropa Birliyinin İrandakı hadisələrə daha sərt reaksiya verə biləcyinə də işarə vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar