SON XƏBƏRLƏR

Təbrizdə türk- kürd tələbələri arasında insident

2021.10.20, 07:36
Təbrizdə türk- kürd tələbələri arasında insident

Gunaz.tv

GünAzTv:Soydaşlarımız"Böyük Kürdüstan"xəritəsinin nəşr olunduğu kitabı cırıblar.Güney Azərbaycanın başkəndi Təbriz şəhərində türk və kürd tələbələri arasında insident baş verib. Belə ki, kürdlərin düzənlədiyi kitab sərgisində nümayiş olunan kitablar Təbriz Universitetində təhsil alan soydaşlarımızın etirazına səbəb olub. 

Soydaşlarımızdan biri Azərbaycan topraqlarının əks olunduğunu "Kürdüstan"ın qondarma xəritəsinin nəşr olunduğu tapan kitabı cıraraq havaya tullayıb. Bu hərəkət kürdləri qəzəbləndirib və onlar soydaşımızı döyüblər. Bunu görən azərbaycanlı tələbələr isə sərgiyə hücum çəkərək, kürdlərin cəzasını veriblər. Sərginin işi bir saata qədər dayandırılıb. Nəhayət, təhlükəsizlik qüvvələri işə qarışaraq, hadisənin daha da böyüməsinin qarşısını alıb. Soydaşlarımız əsas şərt kimi, sərginin təşkilatçılarıyla sərt rəftar olunmasını və onların Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Xatırladaq ki, sərgidə nümayiş etdirilən kitablarda Azərbaycana qarşı torpaq iddiaları, peyğəmbərlərə və Əhli-beytə hörmətsizlik, "Böyük Kürdüstan" xəritəsi, PKK, PEJAK" kimi terror təşkilatları, İsmail Simitqonun cinayətkar əməllərinə müsbət don geyindirilməsi, Qasimlu, Öcalan, Qazi Məhəmməd kimi terrorçubaşılarının və ROJ TV kimi bir sıra kürd televiziyası təbliğat olunub. Dövlət rəsmiləri azərbaycanlı tələbələrə sərgi təşkilatçılarına qarşı lazımi tədbir görüləcəyinə dair söz veriblər. Bundan sonra soydaşlarımız etirazlarını dayandırıblar. Ancaq onlar sərgi təşkilatçılarına qarşı lazımi tədbir görülməyəcəyi təqdirdə analoji addım atacaqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar