Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAzTv:Nəsib Nəsibli: “Azərbaycan türklüyü öz təhlükəsizliyi və bütövlüyünün təminatı istiqamətində çox böyük amil əldə edər”
Natiq Miri: “İran rejimini Cənubi Azərbaycan türklərinin iştirakı olmadan devirməyin müşkül olacağını ABŞ bilməmiş deyil”
Tanınmış ruhani, İran hakimiyyətinə qarşı müxalifətdə olan ayətullah Hüseynəli Müntəzirinin vəfatından sonra bu ölkədə yeni siyasi çaxnaşmalar baş qaldırıb. İran kəşfiyyatının rəhbəri Heydər Moslehi isə bəyanlayıb ki, ABŞ İslam Respublikasında xaos yaratmaq üçün onlarla xarici təşkilatı səfərbər edib. Onun sözlərinə görə, ölkədəki son iğtişaşları da ABŞ kəşfiyyatı maliyyələşdirir:
“Bizim apardığımız araşdırmalar nəticəsində İranda təxribat fəaliyyətləri ilə məşğul olan 80 xarici təşkilat aşkarlanıb, onlar ölkədə nümayişlərin təşkil olunmasında və polislə toqquşmaların təşkilində fəal rol oynayır. Bu təşkilatlar durmadan belə informasiya yayır ki, son prezident seçkiləri saxtalaşdırılıb. Məqsəd İranda xaos və vətəndaş itaətsizliyi yaratmaqdır. Əldə etdiyimiz məlumatlara görə, ABŞ həmin təşkilatlara 1.7 milyard dollar vəsait ayırıb”. Bir sıra ekspertlərə görə, ABŞ-ın İranda siyasi rejimin dəyişməsində maraqlı olduğu şübhəsizdir. Qərb İraq və Əfqanıstandan fərqli olaraq, İranı hərbi yolla ram etmək fikrində deyil. İrandakı sistemi daxildən siyasi yolla dəyişmək və ya parçalamaq xəttinin həyata keçiriləcəyi ehtimalı böyükdür.Azərbaycanın İranda sabiq səfiri, deputat Nəsib Nəsibli hesab edir ki, da siyasi quruluşun dağılması və İran parçalanması baş verərsə, bu, Azərbaycan türklüyü üçün böyük hadisə olar: “Azərbaycan türklüyü bundan öz təhlükəsizliyi və gələcəyinin, bütövlüyünün təmin olunması istiqamətində çox böyük amil əldə edər. Güney Azərbaycanın müstəqilləşməsi və Quzey Azərbaycanla bütövləşməsi problemi yoxdur. Problem bu işin konkret nə vaxt həyata keçməsidir. Gec-tez bu baş verəcək. Yuxarıda qeyd edilən məsələlərin reallaşması bu problemin qısa zamanda həllinə səbəb olar”. N.Nəsiblinin fikrincə, ABŞ-ın İranda antidemokratik sistemin dəyişilməsində maraqlı olmasında qeyri-adi nəsə yoxdur: “Ancaq bu qədər böyük vəsait ayrılması haqda deyilən fikrə inanmıram. 1,7 milyard dollar çox böyük məbləğdir. Həmin vəsaitin harasa ayrılmasını mütləq ABŞ Konqresi təsdiqləməlidir. 1,7 milyardı gizli şəkildə ayırmaq mümkün deyil. Mürtəce rejimlərin hamısı ölkələrinin daxilindəki problemləri, siyasi qarşıdurmaları adətən xarici dövlətlərin, beynəlxalq təşkilatların üstünə yıxırlar. Öz ölkələrinin zəifliklərini xarici amillə izah eləməyə meyllidirlər. İran hakimiyyəti də bu xətti tutur. İranı parçalayan bu ölkədə milli ayrı-seçkilik siyasəti yürüdən şovinist qüvvələrdir. Onlar mürtəce siyasətləri ilə əslində İranın bütövlüyü əleyhinə işləyirlər. Ona görə də başqalarını ittiham eləməyə haqları yoxdur”.Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, İranda yaranan qarışıqlıq prezident seçkilərində edilən saxtakarlığa yönəlik etiraz dalğasının davamı kimi dəyərləndirilməlidir. Bu, liberal dəyişikliklər istəyən cəmiyyətin böyük kəsiminin mövcud reyimə qarşı üsyanıdır: “Saxta prezident seçkilərinin ən əhəmiyyətli təsiri İran cəmiyyətində sosial-psixoloji yöndə ciddi dəyişikliklər və izlərin buraxılması oldu. Bundan sonra istənilən inzibati yollarla bu etirazların qarşısını almaq mümkün olmayacaq. Zaman-zaman etirazlarda yüksəliş, yaxud eniş müşahidə oluna bilər, ancaq bütövlükdə liberal dəyişikliklər istəyən cəmiyyəti susdurmaq mümkün olmayacaq. ABŞ-ın bu prosesi müxtəlif formalarda dəstəkləməsi mümkündür. Ancaq mövcud vəziyyətdə mühafizəkar hakimiyyətin ABŞ-ın İran rejimini devirmək üçün 1.7 milyard dollar vəsait ayırması iddiası əsaslı görünmür və daha çox daxili auditoriyanın "antiAmerika" əhval-ruhiyyəsinə hesablanıb". N.Mirinin sözlərinə görə, belə bir plan mövcud olsa belə, İran rejimini ən böyük etnos olan Cənubi Azərbaycan türklərinin iştirakı olmadan devirməyin müşkül olacağını ABŞ bilməməiş deyil. Bu baxımdan azərbaycanlıların gələcəkdə bu plandan yararlanması ehtimalının olduğunu söyləmək mümkündür: “Lakin hazırda Azərbaycan türklərinin səfərbər olunması ilə bağlı heç bir işartı belə mövcud deyil. Belə bir vəziyyət olsa belə, bu, türk etnosunun regionda güclənməsinə gətirərdi. Lakin hələ ki, ABŞ indiki rejimin mövcudluğu şəraitində təhlükəsiz və sözəbaxan bir İranın varlığında maraqlıdır. Çünki İrandakı rejim regionda Türkiyənin daha da güclənməsinin qarşısında duran balanslaşdırıcı güc rolunda çıxış edir. Bu da ABŞ-ın "Avroatlantik güc mərkəzinə alternativ koalisiyaların olmaması" strategiyasına uyğundur". / Etibar SEYİDAĞA, Yeni Müsavat /
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir