SON XƏBƏRLƏR

Tikantəpədə Azərbaycanlılara aid "Hüseyniyə" radikal Kürdlər tərəfindən yandırılıb

2021.10.20, 07:36
Tikantəpədə Azərbaycanlılara aid "Hüseyniyə" radikal Kürdlər tərəfindən yandırılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "milliharakat"-a istinadən yaydığı məlumata görə,Tikantəpədə Azərbaycanlılara aid "Hüseyniyə" radikal Kürdlər tərəfindən yandırılıb. Tikantəpədə Azərbaycanlılara aid "Hüseyniyə" radikal Kürdlər tərəfindən yandırılıb.Tikantəpənin Təkiye Əkbəriyesi (Hüseyniye) məhərrəm ayının 8-də yandırılıb. Bu hüseyniyə qədim dövrlərdə Azərbaycanlı Şiələrə aiddir. Zaman keçdikcə kürdləşdirilən Tikantəpə şəhəri tədricən Azərbaycanlılardan boşalır. Radikal kürdlər türk torpağı olan Tikantəpədən Azərbaycanlı türklərin son izlərini silmək niyəti ilə bu müqəddəs məkanı yandırıblar. Keçən günlərdədə radikallar Hüseyniyənin qapısında olan qara bayraqları cırmağa cəhd göstəriblər. ancaq Azərbaycanlıların müqaviməti buna imkan verməyib. Hətta radikallar İmam Hüseynə (Ə) yas tutan Azərbaycanlılarla savaşıb və onların bir neçəsinidə döyüblər. Şərhçilər bu əməli radikal kürdlərin Azərbaycan topraqlarına olan ərazi iddiası ilə izah edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar