SON XƏBƏRLƏR

iki müəllim Musəvinin işdən çıxarılmasına etiraz əlaməti olaraq istefa verib

2021.10.20, 07:36
iki müəllim Musəvinin işdən çıxarılmasına etiraz əlaməti olaraq istefa verib

Gunaz.tv
GünAzTv:GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Tehran İncəsənət Akademiyasının iki müəllimi bu il İranda keçirilmiş prezident seçkisində əsas müxalif namizəd olmuş keçmiş baş nazir Mirhüseyn Musəvinin işdən çıxarılmasına etiraz olaraq istefa verib. Dekabrın 22-də İran prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə Tehranda Mədəniyyət üzrə Ali İnqilab Şurasının iclası keçirilib. İclasda M.Musəvinin İncəsənət Akademiyasının rəhbərliyindən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Şuranın bir başqa qərarı ilə M.Əhmədinejadın və dini rəhbər ayətullah Əli Xamneyinin tərəfdarı, şair Əli Müəllim Damğani akademiyanın rektoru təyin olunub. M.Musəvi İncəsənət Akademiyasına 1998-ci ildən rəhbərlik edirdi. akademiya rəhbərinin müavini Məhəmməd Mehdi Heydəriyan və tədqiqatçı Rza Muradi Qiyasabadi təhsili ocağının siyasiləşdirilməsinə və Mirhüseyn Musəvinin rektorluqdan uzaqlaşdırılmasına etiraz olaraq işdən getdiklərini bildiriblər. Onlar akademiyanın yeni rektoru ilə işləyə bilməyəcəklərini vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar