SON XƏBƏRLƏR

Vaşinqtonda bütün türklərin problemlərini işıqlandıran televiziya kanalı açılıb

2021.10.20, 07:36
Vaşinqtonda bütün türklərin problemlərini işıqlandıran televiziya kanalı açılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Vaşinqtonda bütün dünyada və ABŞ-da (Amerika Birləşmiş Ştatları) türklərin problemlərini işıqlandıran televiziya kanalı açılıb. Türk-Amerika Televiziyası (TATV) adlanan kanal ABŞ ərazisində kabel vasitəsilə yayımlanacaq. Kanalın yaradıcıları, əsasən türklərin uğur və problemlərini, o cümlədən qondarma “erməni soyqırımı”, Kipr, Dağlıq Qarabağ və s. problemləri işıqlandırmağı qarşılarına məqsəd qoyublar. TATV-də türk və ingilis dillərində tarixi, sosial və mədəniyyət məsələlərinə həsr olunmuş verilişlər yayımlanacaq. Kanalın əməkdaşlarının əksəriyyəti könüllülük prinsipi ilə işləyir. Onlar bildirirlər ki, iki potensial tamaşaçı auditoriyaları var - türklər və amerikalılar. Türklər səslərinin eşidilməsini, amerikalılar isə Türk mədəniyyəti haqqında daha çox şey öyrənmək istəyirlər. Kanal mövzularının əhatəsini genişləndirmək niyyətindədir.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar