SON XƏBƏRLƏR

İran Türkiyənin regionda nəhəng oyunçuya çevrilməsindən çəkinir

2021.10.20, 07:36
İran Türkiyənin regionda nəhəng oyunçuya çevrilməsindən çəkinir

Gunaz.tv
GÜNAZ.TV mətb uat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanın Konstitusiya Hüquqları İttifaqı partiyasının sədri Ayk Babuxanyan İranın Qarabağ münaqişəsində vasitəçilik rolu barəsində sualı cavablandırarkən bildirib ki, "2009-cu il ərzində İranın Ermənistanla bağlı siyasətində müşahidə olunan fəallıq Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin başlaması ilə bağlıdır". Onun sözlərinə görə, bununla İran Türkiyəyə mane olmaq və regionda yeganə dini lider olmaq istəyir. "İran anlayıb ki, onun əsas rəqibi regionda nəhəng oyunçuya çevrilə bilər və bunun qarşısını almaq üçün akitv fəaliyyətə keçib", - deyə partiya sədri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar