SON XƏBƏRLƏR

AKP ordunun səlahiyyətlərini ələ keçirir

2021.10.20, 07:36
AKP ordunun səlahiyyətlərini ələ keçirir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Hakim partiya qanuna dəyişiklik etmək, polisə və Milli Kəşfiyyat Təşkilatına ağır silahlar almaq istəyir. Türkiyədə hakim partiya ilə ordu arasında münasibətlər ağır hərbi silahların idxalı məsələsinə görə gərginləşib. Lent.az-ın Türkiyənin “Kanal D” televiziyasına istinadən yaydığı məlumatda bildirilir ki, hökumət bu il dekabrın 1-də parlamentə qanun layihəsi göndərib və layihə dekabrın 10-da müvafiq komissiyada müzakirəyə çıxarılıb. Əgər bu layihə qəbul olunarsa, Sənaye və Ticarət Nazirliyi və Daxili İşlər Nazirliyi həm polis, həm də Milli Kəşfiyyat Təşkilatı üçün xaricdən ağır hərbi silahlar ala biləcək, bu zaman Silahlı Qüvvələrin Baş Qərargahında həmin silahların qeydiyyatı da aparılmayacaq. Mövcud qanunvericiliyə görə isə hərbi silahların idxalı Müdafiə Nazirliyinin icazəsiylə həyata keçirilir, bu silahların qeydiyyatı Silahlı Qüvvələrin Baş Qərargahında aparılır. Baş Qərargahın parlament komissiyasına göndərdiyi məktubda yazılır ki, bu qanunun mülki məqsədlər üçün hazırlandığı bildirilsə də, hərbi silahların idxalını da əhatə edir. Ordu rəhbərliyi hesab edir ki, yeni qanun layihəsi qəbul edilərsə, hərbi silah və sursatların idxalına nəzarət bir mərkəz tərəfindən həyata keçirilməyəcək, bu proses nəzarətdən kənar qalacaq. Ordunun narazılığına səbəb olan digər məqam silahdan istifadə ilə bağlı icazənin alınmasıdır. Layihədə qeyd olunur ki, silahdan istifadə üçün hərbçilər valilikdən icazə almalıdırlar. Baş Qərargah vurğulayıb ki, bu, xüsusən hərbi əməliyyatlar bölgəsində problemlər yaradacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar