SON XƏBƏRLƏR

İran prezidenti: Təkliflərimiz qəbul edilməsə, İran uranı zənginləşdirməyə başlayacaq

2021.10.20, 07:36
İran prezidenti: Təkliflərimiz qəbul edilməsə, İran uranı zənginləşdirməyə başlayacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, fövqəldövlətlər Tehranın təklifini qəbul etmədikləri təqdirdə İran 20 faizlik uranı zənginləşdirməyə başlayacaq. APA-nın İRİBNEWS-a istinadən yaydığı məlumatda bildirilir ki, prezident İranın ABŞ-ın təcavüz və hədə-qorxu siyasətinə təslim olmayacağını və uranı zənginləşdirmək prosesini davam edəcəyini, bunun üçün ölkənin lazımi imkanlara malik olduğunu bildirib. M. Əhmədnejad qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nizamnaməsi buna tam imkan verir. İran prezidenti ABŞ və müttəfiqlərinin İranda nüvə silahı istehsal olunacağı ilə bağlı iddiaları əsassız adlandırıb: “Bizim Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim etdiyimiz bütün sənədlər göstərir ki, İranın nüvə proqramı dinc məqsədlərə xidmət edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar