SON XƏBƏRLƏR

İranda sabiq hökumət sözçüsü 6 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
İranda sabiq hökumət sözçüsü 6 il həbs cəzasına məhkum edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın İnqilab Məhkəməsi prezident seçkilərindən sonra ölkənin konservativ hökumətinə qarşı keçirilən etiraz aksiyalarının təşkili ittihamı ilə sabiq hökumət sözçüsü Abdulla Ramazanzadəni 6 il həbs cəzasına məhkum edib. Ramazanzadə iyunun 12-də İranda keçirilən prezident seçkilərindən sonrakı hadisələrə görə həbs olunaraq, ölkənin milli təhlükəsizliyinə qarşı təxribat törətməkdə, İran İslam Respublikasına qarşı təbilğat aparmaq və dövlət əhəmiyyətli sənədləri saxlamaqda günahlandırılıb. O 800 min dollar girov müqabilində 4 günlüyə evə buraxılıb. Dünən keçirilən məhkəmə iclasında məhkəmə hökmü elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar