SON XƏBƏRLƏR

Dünən Zəncan və Tehranda keçirilən aksiylar qarşıdurma ilə nəticələnib

2021.10.20, 07:36
Dünən Zəncan və Tehranda keçirilən aksiylar qarşıdurma ilə nəticələnib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən dekabr ayının 24-də Güney Azərbaycan əyaləti Zəncan və paytaxt Tehranda hökümətin əleyhinə aksiyalar keçirilib. Zəncanda yas mərasiminə toplaşan minlərlə aksiyaçı polis və mülki geyimli hökumət qüvvələrinin hücumuna məruz qalıb. Aksiyaçıların “Diktatora ölüm” və “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirərək polisə daşla müqavimət göstərdiyi, polisin isə aksiyanı dağıtmaq üçün dəyənək, gözyaşardıcı qaz və bibər qazından istifadə etdiyi, onlarla şəxsin tutulduğu bildirilir. Bu aksiya ayətullah Bayat Zəncaninin dəvəti ilə dekabrın 20-də vəfat etmiş Ayətullah Hüseynəli Müntəzirinin yas mərasimi ilə bağlı keçirilib. Eyn zamanda Tehranın Topxana meydanında toplaşan minlərlə hakimiyyət müxalifi dini rəhbər ayətullah Əli Xamneyiyə qarşı şüarlar səsləndirib. Aksiyaçılarla meydanı əhatəyə almağa çalışan polis və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələri arasında qarşıdurma yarandığı haqda məlumatlar yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar