SON XƏBƏRLƏR

Daha 5 uyğur türkü edam olunacaq

2021.10.20, 07:36
Daha 5 uyğur türkü edam olunacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Doğu Türküstanda (Çin Xalq Respublikasının Sincan - Uyğur Muxtar respubloikası) bu ilin iyul ayında həyata keçirilən küçə aksiyalarında və iğtişaşlarda iştirak etməkdə ittiham edilən daha 5 uyğur edam ediləcək. Onların ölüm hökmü Çin Xalq Respublikasının Sincan - Uyğur Muxtar Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Ölüm hökmünə məhkum edilənlərin ümumi sayı 22 nəfərə çatıb. Hökm iki il müddətində icra olunacaq. Xatırladaq ki, qeyr rəsmi məlumatlara görə 2009-cu ilin iyulunda Sincanda baş verən hadisələr zamanı mindən çox insan həlak olub. rəsmi çin isə bu rəqəmi 196 nəfər göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar