SON XƏBƏRLƏR

Milli-mədəni fəal Ehsan Nəcəfi Nəsəb azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Ehsan Nəcəfi Nəsəb azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı milli-mədəni fəal, Təbriz universitetinin öyrəncisi cənab Ehsan Nəcəfi nəsəb dekabrın 22-də (dey ayının 1-i) azadlığa buraxılıb. Cənab Nəcəfi məhkumluq dövrünü Təbriz zindanında çəkdinkən sonra iki gün oncə Şərti əfv nəticəsində azadlığa buraxılıb. Təbrizin İnqilab Məhkəməsi 2009-cü ilin fevral ayının 20-də adını çəkdiyimiz milli fəala bir il həbs, iki il isə şərti həbs qərarı çıxarır. Nəcəfi keçən ilin yay sezonun (fəslinin) əvvəllərində 7 milli fəalla birlikdə həbsə alınır, 3 ay müvəqqəti həbsdən sonra mülki vəsiqə müqabilində zindandan çıxır. Məhkəmə tərəfindən Milli təhlükəsizliyi pozmaq istəyən qrupun təşkil etməsində iştirak və Azərbaycan öyrənci hərəkatı veblaqı vasitəsi ilə sistemin əleyhinə təbliğ etmək, Milli fəalın ittihamı kimi göstərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar