SON XƏBƏRLƏR

Araşdırıci Mahmud Gülzari: İranda orta məktəbdə təhsil alan qızların 80 faizinin oğlan dostu var

2021.10.20, 07:36
Araşdırıci Mahmud Gülzari: İranda orta məktəbdə təhsil alan qızların 80 faizinin oğlan dostu var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Tehranın Əllamə Təbatəbai Universitetinin rəyasət heyətinin üzvü, psixologiya elmləri doktoru Mahmud Gülzari jurnalistlərə açıqlamasında deyib ki, İranda orta məktəbdə təhsil alan qızların 80 faizinin xəlvətdə oğlan dostu var. M.Gülzari bunu apardıqları araşdırmalara əsasən dediyini vurğulayıb: “Ailələrin və müəllimlərin xəbəri olmasa da, bəzən həmin qızların bir qismi öz oğlan dostları ilə eşq macəraları yaşayır, cinsi əlaqəyə də girirlər”. Məşhədin cümə namazının rəhbəri ayətullah Seyid Əhməd Elm Ül-Hüda da çıxışlarının birində ölkədə qız-oğlan münasibətlərindən narahat olduğunu vurğulayıb: “Pozğunluq və fəsad artıq hər yeri bürüyüb, cəmiyyətə hakim olub, heç islam inqilabından əvvəl belə deyildi”. Son vaxtlar bir sıra hökumət rəsmiləri yeniyetmə oğlan və qızların cinsi ehtiyaclarının təmin olunması məqsədilə orta məktəblərdə təhsil alan qızların hansısa oğlana siğə (müvəqqəti evlilik) edilməsi təklifini irəli sürüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar