SON XƏBƏRLƏR

separatçı Abxaziyanın lideri İranla qurduqları sıx təmaslardan danışıb

2021.10.20, 07:36
separatçı Abxaziyanın lideri İranla qurduqları sıx təmaslardan danışıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Gürcüstan əyaləti olan separatçı Abxaziyanın lideri Sergey Baqapş dekabrın 23-də verdiyi açıqlamada İranın bölgəyə investisiyalar qoymağa hazır olduğunu bildirib: “Biz İranla çox sıx təmaslar qurmuşuq. İranı təmsil edən nümayəndələr Abxaziyada tanışlıq səfərində olublar. Moskvada da görüşlərimiz olub. İran Abxaziyanın iqtisadi layihələrində iştirak etmək istəyir”. Baqapş İranın Abxaziyanın “müstəqilliyini” tanımağa hələ hazır olmadığını vurğulasa da, Abxaziya separatçıları İranla münasibətlərin hazırkı səviyyəsindən razıdırlar. Abxaziya iqtisadiyyatı bərbad vəziyyətdədir. Ona görə üçüncü ölkələrin hər hansı investisiya layihələsindən ikiəlli yapışırlar. Abxaziya Türkiyə kapitalını da bölgəyə cəlb etməyə çalışır. Məlumdur ki, Türkiyədə böyük abxaz diasporu yaşayır. Serqey Baqapş soydaşlarının maliyyə imkanlarını da hərəkətə gətirmək istəyir. Bəs görəsən, İranın Abxaziyada nə marağı var? Axı bu separatçı bölgə ilə sıx münasibətlər və ortaq iqtisadi layihələr Tehranın Tiflislə münasibətlərinə xələl gətirə bilər. Görünür, Tehran Abxaziya ilə əlaqələr qurmaqla Qərbin bölgədəki əsas müttəfiqi Tiflisi bir növ cəzalandırır. Gürcüstanın İranla münasibətləri normal olsa da, Tiflis ABŞ-ın təzyiqləri qarşısında Tehranla sıx iqtisadi əlaqələr qura bilmir. Maraqlıdır ki, buna rəğmən ABŞ-dakı dairələr Ermənistan-İran münasibətlərinin əleyhinə çıxmırlar. Amerikalı rəsmilər Ermənistanın ağır iqtisadi vəziyyətinə İranın yardımçı olmasını məqbul sayırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar