SON XƏBƏRLƏR

Qardaş ölkənin xarici işlər naziri rəsmi İrəvana xəbərdarlıq edib

2021.10.20, 07:36
Qardaş ölkənin xarici işlər naziri rəsmi İrəvana xəbərdarlıq edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrəvana xəbərdarlıq edib. Bildirib ki, Sürix protokllarının ratifikasiyası ilə bağlı vaxt təyin etməkdənsə, Dağlıq Qarabağ münaqişəsində inkişafa nail olmaq lazımdır. Davudoğlu deyib ki, Ankara və İrəvan münasibətləri normallaşdırmaq üçün perspektivli yanaşma tapmalıdır. Bu məsələdə tərəflərin bir-birnə vaxt təyin etməsi düzgün deyil. Onun sözlərinə görə, Ankaranın mövqeyi bəllidir. Regionu lobbinin maraqlarından asılı vəziyyətdə saxlamaq olmaz. Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirməyə çalışır. «Sərhədlər uzun müddət bağlı qalıb. Amma indi biz bu problemi həll etməyə çalışırıq» - Davudoğlu belə deyib. Erməni müxalifəti isə xalqı Sürix protokollarından imtina etməyə çağırıb. «İrs» partiyasının parlamentdəki təmsilçisi Larisa Alaverdyan sənədi ölkəsi üçün təhlükəli tələ adlandırıb. «İstənilən dövlət öz qonşuları ilə dostluq münasibətində olmaqda maraqlıdır. Amma bunun üçün yalnız bu günü yox, gələcəyi düşünmək lazımdır. Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıyıq. Amma öz maraqlarımız çərçivəsində. Sürix protokllarında isə milli maraqlar təmin olunmur. Bu sənəd sadəcə, Ermənistan üçün tələdir. Xalq artıq bunu başa düşür» - deyən Larisa Alaverdyan bildirib ki, sənədlər ratifikasiya olunsa belə, təmsil etdiyi partiya etirazları davam etdirəcək. Ölkə politoloqları isə erməni ictimaiyyətini prosesdə fəal olmağa çağırır. Onların fikrincə, Ankara aprelin 24-nə qədər sənədləri ratifikasiya etməsə, proses qeyri-müəyyən vaxta qədər uzana bilər. Bu arada, Ermənistandakı ilik bankı rəsmiləri türk leykemiya xəstələri ilə erməni donorlar arasında yüksək səviyyədə uyğunluq olduğunu bildirib. Bankın iddiasına görə, türklərlə ermənilər yer üzündə bir-birinə genetik olaraq ən yaxın etnik birliklərdir. Bank rəsmiləri bu yaxınlığın araşdırılması üçün türk həmkarlarını birlikdə Avropa İttifaqı fonduna müraciət etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar