SON XƏBƏRLƏR

“Bəsic” qüvvələri mərhum Ayətullah Müntəzirinin, onun kiçik oğlunun və Ayətullah Saneyinin evlərinə hücum ediblər

2021.10.20, 07:36
“Bəsic” qüvvələri mərhum Ayətullah Müntəzirinin, onun kiçik oğlunun və Ayətullah Saneyinin evlərinə hücum ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Dekabrın 20-də dünyasını dəyişən müxalif ruhani ayətullah Hüseynəli Müntəzirinin mənzilinə hücum edilib. dekabrın 22-si axşam saatlarına təsadüf edən hücuma İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatına (hökumət tərəfdarı könüllülər dəstəsi) üzv yüzlərlə hökumət tərəfdarı və Qum dini dairəsində təhsil alan tələbələr qatılıb. Dini rəhbər ayətullah Əli Xamneyinin lehinə, Müntəzirinin əleyhinə şüarlar səsləndirən hücumçular mərhum ayətullahın divardakı şəkillərini cırıb mənzilin bütün şüşələrini sındırıblar. Həmin axşam Müntəzirinin kiçik oğlu Səid Müntəzirinin və İran hakimiyyətinin tanınmış digər müxalif ruhanisi ayətullah Yusif Saneyinin mənzillərinə də hücum olunub. Qapı və pəncərələrin şüşələrini qıran hücumçular divarlara Xamneyinin şəkillərini yapışdırıblar. Mənzil sakinləri söyülüb-döyülüb. Hadisə yerində olan polis qüvvələrinin hücumçularla əməkdaşlıq etdiyi bildirilir. Son məlumatda vurğulanır ki, hər iki ayətullahın mənzillərinə hücum olunması xəbərini eşidən onların Nəcəfabad və İsfahan şəhərlərindəki minlərlə təəssübkeş tərəfdarı Quma yola düşüblər. Nəcəfabadda dünyaya gələn mərhum ayətullah Müntəzirinin tərəfdarlarının əksəriyyəti bu şəhərdə və ona yaxın İsfahanda yaşayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar