SON XƏBƏRLƏR

İranda əsas islahatçı lider Mir Hüseyn Müsəvi işdən çıxarılıb

2021.10.20, 07:36
İranda əsas islahatçı lider Mir Hüseyn Müsəvi işdən çıxarılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkləzinin əldə etdiyi məlumata görə, Bu il İranda keçirilən prezident seçkisi zamanı əsas müxalif namizəd olmuş keçmiş baş nazir Mirhüseyn Musəvi İncəsənət Akademiyasının rektoru vəzifəsindən azad edilib. dekabrın 22-də axşam saatlarında İran prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə Tehranda Mədəniyyət üzrə Ali İnqilab Şurasının iclası keçirilib. İclasda şura üzvləri M.Musəvinin İncəsənət Akademiyasının rəhbərliyindən uzaqlaşdırılması barədə qərar qəbul ediblər. Şuranın bir başqa qərarı ilə M.Əhmədinejadın və dini rəhbər ayətullah Əli Xamneyinin tərəfdarı, şair Əli Müəllim Damğani akademiyanın rektoru təyin olunub. Şirazda səfərdə olan M.Əhmədinejad şuranın iclasına qatılmaq üçün axşam bir neçə saatlığa Tehrana gəlib və M.Musəvinin vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edildikdən sonra yenidən Şiraza qayıdıb. M.Musəvi İncəsənət Akademiyasına 1998-ci ildən rəhbərlik edirdi.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar