SON XƏBƏRLƏR

Müntəzirinin tələbələri həbs edilib, müxalifətin aksiyası yasaqlanıb

2021.10.20, 07:36
Müntəzirinin tələbələri həbs edilib, müxalifətin aksiyası yasaqlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ayətulla Hüseynəli Müntəzirinin vəfatı ilə əlaqədar olaraq İranın Qum şəhərində gərginlik davam edir. "OLAYLAR"-ın Güney Azərbaycan mənbələrinə istinadən yaydığı məlumata əsasən, İran hakimiyyəti repressiyaları davm etdirir. Müntəzirinin yaxın silahdaşları da həbs edilir. Müctəhidin tələbələrindən Əhməd Qabil, Məhnaz Məhəmmədi və Şivə Nəzar Əhari həbs edilib. Müxalifətin Həzrəti Məsumənin məzarı üstünə təyin etdiyi anım mərasimi yasaq edilib. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin hələ də Qumda olduğu söylənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar