SON XƏBƏRLƏR

Amerika Birləşmiş Ştatlar rəsmisi İrana qarşı hərbi variantın açıq qaldığını bildirib

2021.10.20, 07:36
Amerika Birləşmiş Ştatlar rəsmisi İrana qarşı hərbi variantın açıq qaldığını bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, iki gün öncə ABŞ (Amerika Birləşmiş Ştatlar) baş qərargahlar rəisi Admiral Mayk Mallen deyib ki, İranın nüvə proqramına dair mübahisəni həll etməyin ən yaxşı yolu diplomatiyadır. Lakin o, hərbi variantın da açıq qaldığını bildirib. Bu arada İran prezidenti Mahmud Əhmədinejad Böyük Britaniya qəzetinin İranın nüvə bombasını işə salan cihaz üzərində işləməsi barədə məlumatı təkzib edib. Dünən ABŞ-ın ABC telekanalına müsahibəsi zamanı jurnalist Dayan Soyer cənab Əhmədinejada The Times qəzetinin əldə etdiyi sənədlərin surətini verib. Bu sənəd İranın nüvə fəaliyyətlərinin detallarını göstərir. Ona uzadılan qəzeti kənara yelləyən İran prezidenti bunun ABŞ hökuməti tərəfindən hazırlanmış saxta sənəd olduğunu bildirib. Birləşmiş Ştatlar prezidenti Barak Obamanın müşaviri deyib ki, cənab Əhmədinejadın ittihamı əsassızdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar