SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Respublikasında Bələdiyyə seçkiləri keçrilir

2021.10.20, 07:36
Bu gün Azərbaycan Respublikasında Bələdiyyə seçkiləri keçrilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün ölkədə bələdiyyə seçkiləri keçrilir. Artıq səhər saat 8 dən seçki məntəqələri öz qapılarını seçicilərin üzünə açıb. Seçkilərdə 30975 namizəd 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvlüyü uğrunda mübarizə aparacaq. Seçkilərə qatılan namizədlərin 6108-i qadındır. Ötən seçkilərlə müqaisədə bu dəfə xanımların fəallığı nəzərə çarpır. Seçkilərdə iştirak edən 14 min 73 nəfərin namizədliyi özü tərəfindən, 147-nin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 16755 namizəd isə siyasi partiyaların təmsilçiləridir. Səsvermə prosesini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləyəcək. Artıq Mərkəzi Seçki Komissiyasında 49 min 500 müşahidəçi qeydiyatdan keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar