SON XƏBƏRLƏR

Təbriz universitetinin türk öyrənciləri Kürdlərin ərazi iddialarına etiraz ediblər

2021.10.20, 07:36
Təbriz universitetinin türk öyrənciləri Kürdlərin ərazi iddialarına etiraz ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Təbriz universitetinin türk tələbələri kürd kitabları sərgisinə təkrar etirazları nəhayət jiddi kütləvi etirazla yadda qalıb. Kürd kitab sərgisində sərgilənən kitablar Təbriz universitetinin öyrəncilərinin etirazına səbəb olub. tələbələrin bir yerdə cəmləşməsi o zaman başlayır ki bir türk tələbəsi Kürdüstanın saxta xəritəsində Azərbaycan topraqlarının əks olunduğunu görüncə kitabı cırır və havaya tullayır. Bu əməl kürdləri qəzəbləndirir və kürdlər soydaşımızı döyürlər. bunu görən türk tələbələri sərgiyə hücüm edib və kürdləri öz əməllərindən peşman etdirirlər. 1 saata qədər sərginin işi dayandırılır. Nəhayət təhlükəsizlik qüvvələri işə qarışır və sakitlik yaranır. Türk tələbələri sərgi təşkilatçıları ilə kəskin rəftar olunmağı tələb edir və onların üzrxahlıq etmələrini istəyirlər. Türk tələbələrinin etirazı o kitablara olub ki o kitablarda Opoizm, Azərbaycana torpaq iddiaları, Peyqəmbərlərə və Ehl-i-beytə hörmətsizlik, böyük Kürdüstan xəritəsi, PKK və Pejak kimi terrorist qruplaşmaları, cinayətkar İsmail Simitqonun təmcidi, Qasimlu, Ocalan, Qazi Məhəmməd kimilərinin təbriğatı və ROJ.TV kimi kürd televiziyalarının tənbiğatı yer alıb. Dövlət rəsmiləri Türk tələbələrinə söz veriblər ki sərgi təşkilatçılarına qarşı lazımlı tədbir nəzərə alınacaq. Bu öhdəlikdən sonra türk tələbələri öz cəmlərinə son verirlər. ancaq qeyd olunur ki əgər sərgi təşkilatçılarına qarşı tədbir alınmayacaqsa anoloji hərəkətlər qaçılmaz olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar